SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gədəbəydə ərin xəstəxanalıq etdiyi qadın: "Qayınatam və qayınanam baxıb gülürdülər"

6-10-2016, 10:41 | Oxunub: 8 773 |

Gədəbəydə ərin xəstəxanalıq etdiyi qadın: "Qayınatam və qayınanam baxıb gülürdülər"Oktyabrın 4-də Gədəbəy rayonunun Armudlu kəndində həyat yoldaşı tərəfindən döyülərək Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 3 övlad anası olan Yasəmən Şamilova hadisə barədə açıqlama verib.
O bildirib ki, hadisə oktyabrın 4-də səhər saatlarında yaşadığı evdə amansızlıqla döyülüb: "Səhər uşağımın üstünə acıqlandım. Həyat yoldaşım Elməddin Şamilov məni şillə ilə vurdu, dinmədim. Daha sonra mənə yumruq-təpik vurmağa başladı. Məni amansızlıqla döyürdü, heç kim də müdaxilə etmirdi. Qayınatam və qayınanam evin içində mənim döyülməyimə baxıb gülürdülər. Daha sonra yoldaşımın ürəyi soyumadı, mənə küt alətlərlə xəsarət yetirməyə başladı. Əvvəlcə ocaq maşası ilə, sonra çomaqla döyməyə başladı. Mən halsız vəziyyətdə idim. O, məni sürüyə-sürüyə maşına mindirib Tovuz rayonuna sürdü".
Y.Şamilova deyir ki, huşsuz vəziyyətdə olduğu üçün həyat yoldaşı onu ölmüş bilib və Tovuz rayonunda yaşayış məntəqəsindən uzaq boş sahəyə ataraq gedib: "Özümə gələndə gördüm ki, biyabanlıqdayam. Zorla özümü toplayıb atamgilə gəldim və həyətdə yenidən huşumu itirdim. Məni valideynlərim Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirib. Hazırda vəziyyətim nisbətən normallaşsa da, bədənimdə çoxlu ağrılar var. Stasionar müalicəyə yazılmışam. Hər gün xəstəxanaya gəlirəm".
O bildirib ki, həyat yoldaşı və onun valideynləri uşaqları da əlindən alıb, onlarla nə danışmağa, nə də görüşməyə icazə verir: "Yoldaşım Gədəbəydə aşıq sənəti ilə məşğuldur. Toylara gedir, hər gün evə içkili vəziyyətdə gəlir, məni əsassız yerə döyüb təhqir edir. 9 ildir ki, mən o ailədə zülm çəkirəm. Hər gün döyülürdüm, amma uşaqlarıma görə ayrılmırdım. İndi artıq son qərarımı vermişəm. Polisə şikayət etmişəm, araşdırma aparırlar. Yaxın günlərdə boşanma barədə məhkəməyə də ərizə təqdim edəcəyəm".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR