SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

82 qəpiklik yolu 20 qəpiyə aparırlar - Metroda qiymət artımı olacaq?

6-10-2016, 08:01 | Oxunub: 10 282 |

82 qəpiklik yolu 20 qəpiyə aparırlar - Metroda qiymət artımı olacaq?İlk yarımildə Bakı Metropolitenində sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib

Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır.

Yanvar-iyun aylarında «Bakı Metropoliteni» QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrünə nisbətən 33,6 faiz çox olub.

Təzadlı olsa da, gəlirdəki artım metrodan istifadə edən sərnişin sayının 2,6 faiz azalması fonunda baş verib. Bu dövrdə metrodan 109 milyon 300 min nəfərin yararlandığı qeydə alınıb.

Altı ayda metropolitendə sərnişin daşınmasına çəkilən xərcsə 90 milyon manatı aşıb. Beləcə, bu dövrdə 61 milyon manatdan çox zərər yaranıb.

Xərclərin kəskin artımı sərnişindaşımanın maya dəyərinə birbaşa təsir göstərir. Ötən il, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 44,9 qəpiyə başa gəlirdisə, AzadlıqRadiosunun hesablamasına görə, bu il həmin göstərici 82,4 qəpiyə çatıb. İndiki maya dəyəri Tarif Şurasının müəyyənləşdirdiyi gedişhaqqından 4 dəfə yüksəkdir.

İqtisadiyyat Nazirliyi metroda gediş haqlarının artırılması məsələsinin Tarif Şurasının gündəmində olmadığını deyir. Xatırlatmağa dəyər ki, Şuranın “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” 30 sentyabr 2009-cu il və 24 noyabr 2011-ci il tarixli qərarları «bir gecənin içində» verilib.

Metronun zərərlərini qapatmaqdan ötrü bu il dövlət büdcəsindən ötənilki qədər – təxminən 38 milyon manat subsidiya ayrılıb. Bakı Metropoliteninin gələn il büdcədən «qoparacağı» məbləğ hələ açıqlanmayıb.

Hətta subsidiya da metronu zərər burulğanından qurtarmaya bilər. Hesablama Palatası bildirib ki, ödənilən subsidiya nəzərə alınmaqla, «Bakı Metropoliteni» QSC ötən ili 28,9 milyon manat zərərlə başa vurub.

Hesablama Palatasının audit yoxlaması müəyyənləşdirib ki, sərnişin daşınmasından yaranan zərərin kompensasiyası üçün verilən subsidiyanın hər 100 manatının 82 manatı - əməkhaqqına, qalan 18 manatı işçilərin sosial sığorta ayırmalarına sərf olunur. 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərc 54 qəpik, amortizasiya ayırmaları nəzərə alınmadansa - 32 qəpik olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR