18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YAPONİYANIN MALIYYƏ NAZİRİ "YENİN" HAQDA DANIŞDI
Yaponiyanın maliyyə naziri Taro Aso milli valyuta olan yenin ABŞ dollarına nisbətən məzənnəsinin artması ilə bağlı ciddi narahatlığını bildirlib. Nazir valyuta mübadiləsi bazarında birtərəfli, spekulyativ xarakterli hərəkətlərə qarşı ehtiyatlı olmağa çağırıb.
"EMTV.az" xəbər verir ki, Bu barədə T.Aso juranlistlərə Asiya İnkişaf Bankının Almaniyada keçiriləcək illik toplantısına yola düşərkən bildirlib. Nazir deyib ki, milli valyutanın dəyəri cəmi iki gün ərzində 5 yen qalxırsa, bu, belə hərəkətlərin birtərəfli spekulyativ xarakter daşıdığını tam əminliklə deməyə əsas verir.
Ötən həftənin cümə günü Nyu-Yorkda yenin ABŞ dollarına məzənnəsi 106 yen səviyyəsində qeydə alınıb ki, bu da son 18 ayın ən yüksək göstəricisidir. Baş verənlərin Yaponiya Bankının monetar yumşaldılma siyasətini davam etdirmək barədə aprelin 28-də qəbul etdiyi qərarala bağlı olduğu bildirilir.
T.Aso vurğulayıb ki, hökumət valyuta bazarında baş verənləri diqqətlə izləyir və lazım olacağı təqdirdə müvafiq qərarlar qəbul edəcək.