SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİLƏN PROFESSOR, UTANMA DİLƏN! I- YAZI Faiq ƏHMƏDOV "Müstəqil Lider" jurnalının baş redaktoru

30-04-2016, 15:43 | Oxunub: 19 003 |

DİLƏN PROFESSOR, UTANMA DİLƏN! I- YAZI Faiq ƏHMƏDOV "Müstəqil Lider" jurnalının baş redaktoru
Cəmiyyətdə mənəvi dəyərlər pulla ölçülməyə başlayıb və ya özü nura möhtac olan şam.

Böyük fateh İsgəndərdən soruşdular: - Valideyinini çox sevirsən yoxsa müəllimini?
Dedi: Müəllimimi. Valideyinim məni fani dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir.

Bəli əgər dünyanı lərzəyə salan fateh İsgəndər müəllimini Valideyinindən uca tuturdusa onda köməksiz gücü yalnız biliyə çatan ( eyni zamanda tərbiyəsiz, vicdansız valideyinlər tərəfindən döyülən və təhqirlərə məruz qalan) müəllimlərimizi bizlər başımızın üzərində gəzdirməliyik. Lakin bunu edirikmi?

- Son çağların olayları, baş verən dəyişiklər müəllimlərə də öz təsirini göstərib. Açığını deyim ki, keçmişdə, imperiya zamanında mövcud olan müəllim nüfuzu indi əriyib-öləziyir, sönməkdə olan şama bənzəyir. O, şam ki, bir vaxtlar ailəmə nur səpdiyi halda indi özü nura möhtacdır.

Bunun isə səbəbləri var.

- Öncə cəmiyyətdə mənəvi tarazlığın pozulmasını göstərmək olar.
Nədir bu pozulma?


- Hamıya gün kimi aydındır ki, vaxtı ilə bilik cəhətdən ən geridə qalanlar, indi öz "şöhrəti" ilə müəllimlərini geridə qoyublar.
Yəni başqa sözlə desək, cəmiyyətdə mənəvi dəyərlər əl çirki saydığımız pulla ölçülməyə başlayıb.

"Elmsiz bu dünyadan baş çıxartmaq olmaz" deyən müəllimi bu gün rişxəndlə süzən gədalar öz pulları ilə cəmiyyətə dərs keçirlər.
Öz ömrünü, gözünün nurunu bu millətə verən müəllim, professor bu gün əl açıb dilənmək həddinə catıbsa (və yaxud da dilənirsə), başqaları isə bunu laqeydcəsinə süzüb-süzüb, arxa çevirib gedirlərsə gələcəyimiz üçün daha qorxulu şərait yaranmırmı?

Burada yadıma görkəmli publisist-şair Famil Mehdinin "Dilən professor, utanma dilən" şeiri düşür.

Axı o professoru belə vəziyyətdə görən hansı uşaq təhsilə, elmə yaxın düşəcək?
Biz gənc nəslə nə ilə izah edək elm adamlarının çağdaş vəziyyətini?
Hansı yalanı sataq bu qəlbi təmiz uşaqlara?
Deyək ki, bizim mühit də elmsizlər pul kisələri ilə hakim kəsilib bu cəmiyyətə?

- Bu aysberqin görünən tərəfidir. Görünməyən tərəflərindən biri isə elm xadimlərinin belə yetişdirən müəllimlərimizin də içərisində bu gün elələri varki, müəllim adını daşımağa layiq deyil. Məktəbə gəlməyi öz təzə paltarları və ziynətini nümayiş etdirmək üçün lazım bilən, anlamın, elmin deyil, bir parça diplomun arxasında gizlənənlərin də günahı var bu işlərdə.

Adi danışıq qabiliyyəti olmayan, məktəbi bazar sayan, elmdən işıq illəri qədər uzaq olan belələri indi yağışdan sonra çoxalan göbələklər kimi artmaqdadır.

Biliyi olub onu işlətməyən-yeri şumlayıb dən səpməyən adama bənzəyir.

Sədi Şirazi gözəl deyib. Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir.

Belə-belə işlər.

Əziz dostlarım, əziz müəllimlərim!

Siz Allah məni bağışlayın. Mən sadəcə olaraq öz düşüncələrimi qisməndə olsa Sizlərlə bölüşməyə, paylaşmağa çalışdım...

ARDI VAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR