18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏZİ ASLANOVUN XATİRƏSİ YAD EDİLİB
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə keçirilən “Biz Böyük Qələbənin varisləriyik” adlı ümumrusiya aksiyası çərçivəsində Volqoqradda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr edilmiş tədbir təşkil olunub.
"EMTV.az" xəbər verir ki, tədbir iştirakçıları Həzi Aslanovun barelyefi önünə tər çiçəklər qoyub, 16 nömrəli orta məktəbdə Stalinqrad Üçüncü Qvardiya Mexanikləşdirilmiş Korpusunun Döyüş Şöhrəti Muzeyinə ekskursiya ediblər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə bu muzey tam bərpa edilib, məktəbdə idman kompleksi tikilib.
Sonra təşkil edilmiş “dəyirmi masa”da tarix müəllimi Tatyana Bulatova çıxış edib. RAGB-nin Volqoqrad bölməsinin sədri Dunya Əhədova Böyük Vətən Müharibəsində qazanılmış qələbədə Azərbaycanın rolu, Volqoqrad Tibb Universitetinin Azərbaycanlı Həmyerlilər Birliyinin sədri İsmət İsmayılov Sovet İttifaqı qəhrəmanları barədə söhbət açıb, istefada olan polkovnik-leytenant Gennadi Mxalin öz hərbi xidməti barədə xatirələrini bölüşüb. Məlum olub ki, G.Mxalin müharibədən sonra Bakıda xidmət edib və azərbaycanlı xidmət yoldaşlarını, onların igidliyini və mərdliyini hələ də xatırlayır.