17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ AÇIQ DƏRS
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2015-2016-cı tədris ilində sonuncu açıq dərs keçirilib.
"EMTV.az" xəbər verir ki, açıq dərsdə rayonun 85, 114, 140, 270 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə “Əyilməz iradə” filmini izləyiblər.
Açıq dərsdə rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Barxudar Barxudarov qeyd edib ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş ulu öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirib. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Ulu öndər Heydər Əliyev Vətənini, millətini, dövlətini bütün varlığı ilə sevən insan idi. Vətəninin çiçəklənməsi, millətin yüksəlməsi, dövlətin inkişafı üçün nə mümkünsə edib və Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirib.
Barxudar Barxudarov xüsusi vurğulayıb ki, bu gün Azərbaycan dövləti, xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir. Ötən 13 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan Respublikasının Prezidenti Ümummilli Liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib, ictimai inamı tam doğruldub. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də Ulu Öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Ümummilli Liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır.
Açıq dərsdə 280 nömrəli tam orta məktəbin müəllimi Səidə Nəbiyeva “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı”, 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova “Nitq mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu”, 114 nömrəli tam orta məktəbin müəllimi Fatimə Zülfüqarova “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusudur”, 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”, 97 nömrəli tam orta məktəbin direktoru Solmaz Səfərova “Heydər Əliyev - dünya miqyaslı siyasətçi” mövzularında dərs dedilər. Mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində 2015-2016-cı tədris ilində ayda bir dəfə keçirilib və rayonun bütün məktəblərini əhatə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilən rayon tədbirində açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaq.