17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
XEYRİYYƏ AKSİYASI SUMQAYITDA
“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə keçirilən növbəti tibbi-xeyriyyə aksiyası göz əməliyyatına ehtiyacı olan bir qrup ahıl və imkansız şəhər sakininə sevinc bəxş edib. Aksiya şəhərin müxtəlif mikrorayonlarının ahil və imkansız sakinlərinin katarakta xəstəliyinə görə görmə qabiliyyətləri xeyli zəifləmiş təqaüdçü kimyaçıların “Azərikimya” İstehsalat Birliyinə ünvanladıqları müraciət əsasında həyata keçirilib.
"EMTV.az" xəbər verir ki, əməliyyatdan bir gün öncə - aprelin 28-də “Azərikimya” İB-nin rəhbərliyi pasientlərlə və əməliyyatlara hazırlıq işlərini həyata keçirən “Kimyaçı” poliklinikasının həkim və tibb personalı ilə görüşüb, əməliyyata hazırlığın vəziyyəti ilə maraqlanıb, ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürü olan bu aksiyaların vaxtaşırı və təmənnasız olaraq keçiriləcəyini bildirib və xəstələrə şəfa arzulayıb.
Aprelin 29-da isə 6 nəfər Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli cərrah-oftalmoloqlar tərəfindən əməliyyat olunmuş, bununla da xəstələr onları narahat edən kataraktadan birdəfəlik xilas olunub.
Gün ərzində həyata keçirilmiş əməliyyatların hər biri uğurla başa çatmış, pasientlər lazımi tibbi xidmət göstərildikdən xüsusi müşayiətlə evlərinə yola salınıb.
Əməliyyat olunan xəstələrin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Səhiyyə Nazirliyinə və SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.