18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"PESAX BAYRAMI" QEYD OLUNDU
Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağının İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə yəhudi xalqının qeyd etdiyi “Pesax bayramı” keçirilib.
"EMTV.az" xəbər verir ki, tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə İsrailin Azərbaycandakı səfiri Dan Stav, ADU-nun müəllim-tələbə heyəti, Bakıda yerləşən 46 nömrəli orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə “Pesax bayram”ı haqqında məlumat verilib, bayramın adət-ənənələrindən bəhs edən səhnəcik nümayiş olunub, şagird və tələbələrin ifasında ibri dilində mahnı səsləndirilib.
Səfir Dan Stav tədbirə dəvət olunmasından məmnunluğunu ifadə edib. Bayramın tarixi haqqında geniş məlumat verərək “Pesax bayramı”nın adının ibri dilində “yanından ötüb keçmək” mənası verən “Pasax” sözündən götürüldüyünü bildirib. O, həmçinin yəhudilər üçün əsas bayramlardan biri hesab edilən “Pesax bayramı”nın əsasən yaz aylarında keçirildiyini və yeddi-səkkiz gün ərzində davam etdiyini söyləyib.
Tədbirdə İsrail və Azərbaycanın dostluq münasibətindən bəhs edən videoçarx nümayiş olunub.