SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan MR-nın sabiq Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov mətbuatdan və ictimaiyyətdən kömək istəyir”

28-04-2016, 21:19 | Oxunub: 11 216 |

“Naxçıvan MR-nın sabiq Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov mətbuatdan və ictimaiyyətdən kömək istəyir”
Cinayət törədən şəxs cəzasını almalıdır” – Vüqar Xasayev


“Emtv.az”xəbər verir ki, bunu V.Ələsgərovun vəkili Vüqar Xasayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Vəkilin sözlərinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Vəli Ələsgərovun həm özünə, həm ailə üzvlərinə, qohumlarına, onu müdafiə edən vəkillərə qarşı ciddi təzyiqlər olunur, 50-dən artıq qohumu işdən çıxarılıb, qardaşı Əli Ələsgərov isə mütəmadi olaraq hüquq-mühafizə orqanlarına aparılıb-gətirilir: “Vəli Ələsgərov ötən ilin dekabr ayının 18-də vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra qardaşının, qohumlarının ümumi dəyəri 6 milyon manat olan əmlakları əllərindən alınıb, başqa şəxslərin adlarına keçirilib. Bu ilin mart ayının 7-də barəsində həbs-qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib.
İstintaqı Naxçıvan Muxtar Respublikasının prokurorluğu aparır. Keçmiş nazirə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər”. Daha sonra vəkil müdafiə etdiyi şəxsin işgəncələrə məruz qalmasından danışıb. Vəkilin sözlərinə görə, vaxtilə Vəli Ələsgərovun tabeçiliyində olan şəxsləri, onun keçmiş işçilərini yanına gətirirlər, generalın ləyaqətini alçaldan hərəkətlərə yol verirlər, döyürlər: “Martın 14-də mən Vəli Ələsgərovla görüşüb onunla müqavilə bağladım. Ona qarşı çox işgəncələr olub, öz əleyhinə ifadələr alınıb. Martın 16-da müdafiə etdiyim şəxsin mənim iştirakımla təkrar dindirilməsi barədə vəsatət vermək istəsəm də, mümkün olmadı. Amma müstəntiqlə görüşməyə imkan vermədilər. Hətta dəfələrlə müraciət etməyimə baxmayaraq, müdafiə etdiyim şəxslə görüşməyə qoymurlar. Vəkilindən imtina etmək üçün Vəli Ələsgərova təzyiqlər edilib. Amma Vəli Ələsgərov məndən imtina etməyib. Naxçıvandan qayıdandan sonra bütün bunlarla bağlı Baş Prokurorluğa rəsmi müraciət etdim. Müraciətim araşdırılmaq üçün Naxçıvan prokurorluğuna göndərilib. Halbuki, mənim şikayətim elə bu qurumdandır”. “Martın 29-da Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə müdafiə etdiyim şəxs barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub. Amma buna baxmayaraq, tez-tez dindirilməyə aparılır və işgəncələrə məruz qalır. Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir. Vəli Ələsgərovun həbsinin əsl səbəbi “MTN işi” ilə bağlıdır. Bu məsələ Eldar Mahmudovla əlaqəlidir. Halbuki, Vəli Ələsgərovla Eldar Mahmudovun yalnız xidməti əlaqələri olub, onların arasında daim ziddiyyətlər olub. Naxçıvan Milli təhlükəsizlik Nazirliyindən barəsində cinayət işi açılan təkcə Vəli Ələsgərovdur. Vəli Ələsgərov 2002-ci ildən Naxçıvanın milli təhlükəsizlik naziri olub”, – deyə vəkil bildirib.
“Vəli Ələsgərovun nazir olduğu dövrdə elə həmin qurumda işgəncələrə məruz qalan, döyülən şəxslər olub. Hətta işgəncələrə dözməyən Turac Zeynalov həmin qurumda dünyasını dəyişib. Generalın rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbəri olmayıbmı?” sualına vəkil “Biz Vəli Ələsgərovun şəxsiyyətini yox, hüquqlarını müdafiə edirik. Cinayət törədən şəxs cəzasını almalıdır”, – deyə cavab verib.
Sonda vəkil ölkə başçısına və baş prokuror Zakir Qaralova müraciət edərək Vəli Ələsgərov barəsində aparılan cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Naxçıvan MR Prokurorluğundan alınaraq Baş Prokurorluğa həvalə olunmasını xahiş edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR