SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

UKRAYNADA AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVAYA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLİB

28-04-2016, 14:48 | Oxunub: 7 083 |

UKRAYNADA AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVAYA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLİB
Kiyevdə “Ukrayna qanunvericiliyinin səhiyyə sahəsində Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması: infeksion nəzarət və mikrob əleyhinə rezistentlik” mövzusunda ikigünlük Beynəlxalq elmi-praktiki simpozium başa çatıb.

"EMTV.az" xəbər verir ki, Bu beynəlxalq forum çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın aprelin 28-də qeyd olunan doğum günü münasibəti ilə ona həsr edilmiş kitabın - ali məktəblər üçün dərsliyin təqdimatı olub.

Kitabın müəllifi həmvətənimiz, Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, Ümumukrayna İnfeksion Nəzarət və Mikrob əleyhinə Rezistentlik Assosiasiyasının rəhbəri, Ukraynanın İnfeksion Nəzarət (UCIC) və Mikrob əleyhinə Rezistentlik (UCAST) üzrə Milli Komitəsinin başçısı, Ukraynanın Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu yanında milli əlaqələndiricisi, Avropanın Mikrob əleyhinə Rezistentlik üzrə Baş Komitəsinin (EUCAST) üzvü, P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının (DTMTA) mikrobiologiya, epidemiologiya və infeksion nəzarət kafedrasının müdiri, tibb elmləri doktoru Aydın Salmanovdur.

Qeyd edək ki, professor akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş, Ukraynada və Avropa İttifaqı ölkələrində baş tutan elmi forumlarda təqdimatı keçirilmiş daha on kitabın müəllifidir.

Professor deyib ki, elmi-praktiki simpozium müasir interaktiv və telekommunikasiya texnologiyaları cəlb olunmaqla, Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk, Lvov, Tbilisi, Minsk, Karaqanda (Qazaxıstan) şəhərləri ilə telekörpü formatında keçirilib.

Simpoziumda müxtəlif ixtisaslardan olan 1200-dən çox həkim, DST-nin, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin nümayəndələri, Ukrayna, Azərbaycan, Belarus, Gürcüstan, Avropa İttifaqı ölkələri və Qazaxıstandan aparıcı alimlər iştirak ediblər.

Xatırladaq ki, professor Aydın Salmanov pasiyentin təhlükəsizliyinə dair Ukrayna Milli Konsepsiyasının, üç qanunun, Ukrayna Səhiyyə nazirliyinin 37 normativ-hüquqi aktının, 350-dən çox elmi işin, o cümlədən 22 monoqrafiyanın, üç dərsliyin və tibb profilli ali məktəb tələbələri üçün bir tədris vəsaitinin müəllifidir. O, elm, təhsil və səhiyyənin inkişafına sanballı töhfəsinə görə Ukrayna Nazirlər Kabinetinin, Ukrayna Səhiyyə Nazirliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri fərmanlarına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR