SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

MƏŞHUR MÜĞƏNNİ EROS RAMAZZOTİ BAKIDA KONSERT VERİB

28-04-2016, 14:42 | Oxunub: 8 671 |

MƏŞHUR MÜĞƏNNİ EROS RAMAZZOTİ BAKIDA KONSERT VERİB
Dünyaca məşhur müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

Özünəməxsus tərzdə ifası ilə seçilən məşhur müğənninin “Baku Crystal Hall”da keçirilən konserti “Rerfetto” dünya turu çərçivəsində baş tutub.

"EMTV.az" xəbər verir ki, Eros Ramazzotti Bakı konsertində ən məşhur mahnılarını ifa edib. O, Azərbaycana gəlməzdən əvvəl bildirib ki, ölkəmizə səfərindən və yeni auditoriya qarşısında çıxış etməkdən olduqca məmnundur. Hər zaman konsertlərində gözəl musiqi və unikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib. Milyonların sevimlisi Eros Ramazzotti populyar bəstələri ilə yanaşı, yeni “Rerfetto” albomuna daxil olan mahnılarını da səsləndirib.

Müğənninin “Rerfetto” albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasında daxil olub.

1963-cü ildə Romada anadan olan Eros Ramazzotti müğənni və bəstəkar kimi insanların qəlbini fəth edib. İfaçı 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Albomlarının çoxu italyan və ispan dillərindədir. O, Adriano Çelentano, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin, Ani Lorak və digərləri ilə duet oxuyub. 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni iki il sonra San-Remo festivalında çıxış edib. Bu günədək onun 13 albomu işıq üzü görüb. Eros Ramazzottinin vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Təsadüfi deyil ki, onu “Dünyanın musiqi səfiri” adlandırırlar. E.Ramazotti ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR