SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

QUBA SOYQIRIMI MEMORİAL KOMPLEKSİ ZİYARƏT EDİLDİ

27-04-2016, 12:16 | Oxunub: 14 109 |

QUBA SOYQIRIMI MEMORİAL KOMPLEKSİ ZİYARƏT EDİLDİ
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin təşəbbüsü ilə Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.

"EMTV.az" xəbər verir ki, ziyarətdə YAP Səbail rayon təşkilatının, Səbail Rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi ofisinin aparat işçiləri, rayon təşkilatının Qadınlar Şurasının üzvləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, Vətən müharibəsi və Qarabağ müharibəsi veteranları, gənclər, ümumilikdə, 45 nəfər partiya fəalı iştirak edib.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı ziyarətçilərə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verilib və onlar erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi sənədlər və fotoşəkillərlə tanış olmaq imkanı əldə ediblər.

Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-də bu ərazilərdə torpaq işləri aparılarkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin dinc yerli əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Diqqətə çatdırılıb ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Komplekslə, oradakı xəritələr, tarixi faktlar və sənədlərlə yaxından tanış olan ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra partiya fəalları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini və Mədəniyyət və Turizm Nazirliyinin Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Quba Soyqırımı Memorial Kompleksi, xüsusən YAP Gənclər Birliyinin üzvlərində dərin təəssürat yaradıb, onlar tariximizin bəzi səhifələrini əyani şəkildə izləmək imkanı əldə ediblər. Qubada yerləşən tarix muzeyində bu diyarın keçmişinə şahidlik edən qədim eksponatlarla tanış olublar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR