17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
PARTLAMAMIŞ HƏRBİ SURSATLAR VƏ MİNALAR ZƏRƏRSİZLƏŞDİRİLİB
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 26-dək 1289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz və Samux rayonlarında 348 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 orta məktəbə, 1 tibb məntəqəsinə, 5 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib.
"EMTV.az" ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndində 1 ev və həyətyanı sahədə, 1 tibb məntəqəsində 9 partlayış yerinə baxış təşkil edilib, 1 ədəd 122 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Nəticədə 7 min kvadratmetr ərazi yoxlanılıb.
Qaradağlı kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Nəticədə 9 min 700 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.
Füzuli rayonunun Alıxanlı kəndində 5 partlayış yeri yoxlanılıb. Bir ədəd 100 millimetrlik partlamamış top mərmisi aşkar olunaraq götürülüb.
Ağdam rayonunun Təzəkənd kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib və nəticədə 2 min kvadratmetr ərazi yoxlanılıb.
Əfətli kəndindən keçən Qarqar çayı ilə axıb gələn və aprelin 25-də aşkar edilərək işarələnmiş 1 piyada əleyhinə mina partlayış yolu ilə zərərsizləşdirilib.
Aprelin 26-da agentlik tərəfindən 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanılıb, 2 partlamamış hərbi sursat, 1 mina zərərsizləşdirilib və 19 min 820 kvadratmetr ərazi yoxlanılıb.
Hazırda xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirirlər.