17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
125 MİN ƏMƏLİYYAT LƏĞV OLUNDU
Böyük Britaniyada tibb müəssisələrinin gənc əməkdaşlarının keçiriləcəyi tətil səbəbindən 125 mindən çox əməliyyat və xəstə qəbulu ləğv olunub, ölkədə fəaliyyət göstərən hər üçüncü xəstəxana kritik vəziyyətə düşüb.
"EMTV.az" RİA Novosti informasiya agentliyinə istinadən xəbər verir ki, aprelin 26-27-də keçirilməsi nəzərdə tutulan 48 saatlıq tətil zamanı Britaniya Tibb Assosiasiyasının üzvü olan gənc həkimlər (bu kateqoriyaya əmək stajı 10 ili keçməyən həkimlər daxildir) tarixdə ilk dəfə olaraq xəstələrə heç bir xidmət, hətta təcili tibb yardımı belə göstərməyəcək. Xəstəxanalarda onları yaşlı həkimlər əvəz etməli olacaq. Əvvəlki etiraz aksiyalarına reanimasiya, doğum və təcili tibbi yardım şöbələrində növbə çəkənlər qoşulmamışdı.
Tibb müəssisələrinin 38 faizi “xəstə axını” səbəbindən təcili tədbirlər görmək məcburiyyətində qalıb.
Britaniyanın səhiyyə naziri Ceremi Hant tətil iştirakçılarına müraciət edərək etiraz aksiyalarının xəstələrin həyatına “yolverilməz” risk yaradacağını bildirib. Bir qədər əvvəl tibb işçiləri səhiyyə nazirinə onları qane etməyən yeni müqavilələri ləğv etməyə çağıran açıq məktub ünvanlayıblar. Hökumət isə öz planlarından imtina etmək fikrində deyil.
Ümumilikdə İngiltərədə təxminən 55 min gənc həkim çalışır. Onların 37 mini tətilin təşkilatçısı - Britaniya Tibb Assosiasiyasının üzvüdür.