17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AMERİKADAN TÜRKİYƏYƏ DƏSTƏK
Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib. Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.
"EMTV.az" xəbər verir ki, Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu York icmalarının fəalları da iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar da səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı soyqırımı haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçilərin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.
Yürüşdə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov da iştirak ediblər.
Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.