18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
PARİS SAZİŞİ İMZALANDI
Aprelin 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iqlim dəyişiklikləri ilə bağlı tarixi Paris sazişinin imzalanma mərasimi keçirilib. Sənədi 171 ölkənin dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar.
"EMTV.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasını Azərbaycan hökuməti adından Prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.
Razılaşma iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Parisdə qəbul edilib. Sənəd ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.