SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

OCAQ SÖNDÜRƏNLƏR - Faiq ƏHMƏDOV "Müstəqil lider" jurnalının baş redaktoru

23-04-2016, 13:40 | Oxunub: 13 234 |

OCAQ SÖNDÜRƏNLƏR - Faiq ƏHMƏDOV "Müstəqil lider" jurnalının baş redaktoru
""""""""OCAQ SÖNDÜRƏNLƏRƏ...!!!"""""""

"Fələk bizik" deyənlər, çərxi-fələk döndümü?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

"Küllü-ağıl sahibi" oldunuz birdən-birə,
Kürsülərin dalına doldunuz birdən-birə,
Əlinizə keçəni yoldunuz birdən-birə,
Üzünüzün dərisi rezindimi, göndümü?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

Bir sehrli çubuğun yapışdınız ucundan,
Neçə "fateh" yetişdi dəstənizin içindən,
Adam gərək utansın əməlindən, suçundan,
Fişəng kimi yüksələn leşə dönüb endimi?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

Sanırdınız bu dünya sizin üçün tikilir,
Söküləndə dan yeri, sizdən ötrü sökülür,
Səmanın buludları şəninizə çəkilir,
Dil ağızdan qopardı, kənar adam dindimi?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

Hansını söyləyim ki, ürəyiniz boşala,
Dediyimi eşitsə, çiçəklər də daş olar,
Ana torpaq ağlayar, çölü-düzü yaş olar,
Vurduğunuz yaralar ondu, yüzdü, mindimi?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

Müdrük kəslər işlərin sonrasını gözləyər,
Dikbaş adam vaxt gələr başqasına baş əyər,
Qəm yedirən bal yeməz, axır gündə qəm yeyər,
İndi görün yeriniz arxadımı, öndümü?!
Ay ocaq söndürənlər, ocağınız söndümü?!

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR