18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AZƏRBAYCAN KOREYANIN JTBC KANALINDA YAYIMLANDI
Koreya Respublikasının JTBC televiziya kanalının populyar verilişlərindən olan “Qeyri adi sammit”in növbəti buraxılışı Azərbaycana həsr edilib. Ölkənin efir məkanında ən reytinqli verilişlərdən olan “Qeyri adi sammit” proqramında 1 saat ərzində foto və videogörüntülər vasitəsilə Azərbaycan haqqında ətraflı məlumat verilib.
"EMTV.az" xəbər verir ki, Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbə Nihat Xəlilzadə “Odlar yurdu - Azərbaycan” adı ilə yayımlanan verilişdə münsiflər heyətinin ölkəmizin tarixi, coğrafiyası, xalqımızın mədəniyyəti, milli mətbəxi və s. mövzularda suallarını cavablandırıb. Bildirilib ki, qədim insan məskənlərindən olan Azərbaycan zəngin tarixə malikdir. Qədim İpək yolu üzərində, Qafqaz dağlarının əhatəsində yerləşən Azərbaycan bir çox tarixi abidə və maraqlı məkanlarla zəngindir. Bunlar arasında Yanardağ, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Atəşgah məbədi var.
Verilişdə Azərbaycanın müasir inkişafından söz açılıb. Qeyd olunub ki, Qərb ilə Şərqi birləşdirən körpü rolunu oynayan Azərbaycan öz inkişafı ilə diqqəti cəlb edir, Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakının siması gündən-günə gözəlləşir. Bakı son illər bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həmçinin Azərbaycan və Koreya dillərinin Altay dil qrupuna aid olması və oxşar mədəni adət-ənənələrə sahib olması haqda fikirlər səsləndirilib. Eləcə də dini baxımdan Azərbaycan cəmiyyətinin tolerantlığı və ölkəmizdə müxtəlif dinlərin min illərə söykənən birgə yaşama təcrübəsinə dair məlumatlar geniş auditoriyaya çatdırılıb.
Bundan başqa, veriliş ərzində ölkəmizdə son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, xüsusilə də turizm sahəsində əldə olunmuş nailiyyətlər barədə danışılıb. Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq-turizm mərkəzi haqda məlumatlar marağa səbəb olub.
Ölkəmizin milli mətbəxinə dair geniş şərhlər verilərək el arasında tanınmış milli yeməklərin hazırlanması haqında danışılıb, milli mətbəx nümunələrimiz digər ölkələrin bənzər yeməkləri ilə müqayisə edilib.
Proqramda Azərbaycanda idmanın inkişafı, son illər idmançılarımızın beynəlxalq yarışlarda, Olimpiya oyunlarında uğurlu çıxışlarına toxunulub. Azərbaycan xalqının vətənpərvər, mübariz ruhlu xalq olduğu vurğulanıb. Təmsilçimiz Nihat Xəlilzadə münsiflər heyətinin bir neçə üzvü ilə qol güləşdirərək qalib olub.
Verilişin gedişində milli rəqslərimizdən də söz açılıb və təmsilçimiz milli rəqslərimizdən bir neçəsini ifa edib.
Veriliş boyunca ölkənin əsas internet portallarında “Azərbaycan” sözü ən çox axtarışa verilmiş söz olub. Bundan başqa, proqram canlı reytinq cədvəlinə görə ilk sırada olub. Koreyanın internet səhifələrində və sosial şəbəkələrdə verilişin maraq kəsb edən epizodları barədə məlumatlar yayımlanıb, şərhlər yazılıb.