17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCAN İLƏ NATO ARASINDA GÖRÜŞ KEÇİRİLDİ
Aprelin 19-da NATO-nun mənzil-qərargahında Azərbaycan Respublikası ilə NATO arasında 2016-cı il “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının “28+1” formatında görüş keçirilib.
"EMTV.az" xəbər verir ki, Görüşdə Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də ölkəmizin NATO yanında daimi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən EMTV-yə bildiriblər ki, tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov NATO-ya üzv dövlətlərin nümayəndələrinə aprelin ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribatları, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verib.