SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MİLLİ MƏCLİSİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

28-01-2016, 14:10 | Oxunub: 10 722 |

MİLLİ MƏCLİSİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Yanvarın 28-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

"EMTV.az" xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli 2016-cı ilin yaz sessiyasında görüləcək işlər, hazırlanacaq qanun layihələri haqqında məlumat verib. O bildirib ki, yaz sessiyasında “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq.

Komitə sədri qeyd edib ki, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” mövcud Qanun qismən aktuallığını itirdiyindən “Əlillərin hüquqlarının müdafiəsi haqqında” yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

Həmçinin turizm sahəsindəki yeniliklər, dövrün tələbi, turizm və istirahət sektorunda əmək tutumlu iş yerlərinin yaradılması bu sahədə yeni qanun layihəsinin hazırlanmasını zəruri edir.

Bildirilib ki, yaz sessiyasında bəzi sənədlərə, eyni zamanda, Əmək Məcəlləsinə, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna müvafiq dəyişikliklər ediləcək. Həmçinin “Qaçqın və köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi hazırlanacaq.

İclasda deputatlar komitənin qanunvericiliklə bağlı dinləmələrin keçirilməsi ənənəsinin bölgələrdə də reallaşdırılmasını təklif ediblər. Komitənin müxtəlif rayonlarda dinləmələr təşkil etməsinin, vətəndaşların rəy və təklifləri öyrənməsinin əhəmiyyəti vurğulanıb. Bunun həm hüquqi bazanın təkmilləşdirilməsinə, həm də yerlərdə müəyyən məsələlərin həllinə töhfə verəcəyi qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR