SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

BEYNƏLXALQ DİNİ TƏHSİL ŞƏBƏKƏ UNİVERSİTETİ YARADILACAQ

27-01-2016, 18:51 | Oxunub: 7 370 |

BEYNƏLXALQ DİNİ TƏHSİL ŞƏBƏKƏ UNİVERSİTETİ YARADILACAQ
Fevralın 2-də Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçı dövlətlərinin Təhsil Sahəsində Əməkdaşlıq Şurasının işçi qrupunun MDB-yə üzv dövlətlərin Beynəlxalq Dini Şəbəkə Təhsil Universiteti haqqında əsasnamə layihəsinin tamamlanmasına dair iclası keçiriləcək.

"EMTV.az" xəbər verir ki, Təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən bildirilib ki, sənəd layihəsi şəbəkə universitetinin təşkili və fəaliyyət göstərməsi qaydalarını müəyyən edir.

Universitet MDB-nın iştirakçı dövlətlərinin dövlətlərarası birgə ali təhsil müəssisəsi olacaq və Moskva Dövlət Linqvistika Universitetinin bazasında açılacaq.

Universitet ali təhsil sahəsində əməkdaşlığın və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ənənəvi dinlərin və dini mədəniyyətlər tarixinin dərindən öyrənilməsi üzrə vahid konsepsiyasının hazırlanması, dünyəvi və dini təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin koordinasiyası məqsədilə yaradılır.

Onun fəaliyyəti dini təhsilin keyfiyyətinin yüksəldilməsinə və təlimin təşkilinə, həmçinin birgə təhsil proqramlarının həyata keçirilməsi yolu ilə vahid təhsil məkanının yaradılmasına yönəldiləcək.

Universitetin əsas vəzifələrinə Birlik ölkələri üçün ənənəvi dinlərin (xristianlıq, islam, iudaizm, buddizm) konfessional-təhsil profilli “İlahiyyat”, islam tarixi və mədəniyyətinin dərindən öyrənilməsi, o cümlədən distant təhsil texnologiyalarından istifadə etməklə “Kulturologiya” istiqamətləri üzrə magistr, aspirant və doktorantların hazırlanması daxildir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR