17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MİNGƏÇEVİRDƏ DƏHŞƏTLİ FACİƏ
Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
"EMTV.az" xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində şəhərin “Bağlar” yaşayış massivinin Şəfəq küçəsindəki 23 saylı evdə qeydə alınıb.
1952-ci il təvəllüdlü Süleymanov Cəfərqulu Sadiq oğluna məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı Cəfərqulu Süleymanovun oğlu, 1981-ci il təvəllüdlü İqbal Süleymanov yanaraq dünyasını dəyişib. Məlumata görə, 35 yaşlı İqbal Süleymanov epilepsiya xəstəsi olub və hadisə zamanı evdə köməksiz vəziyyətdə qalaraq yanıb.
Yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.