17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"ÖLKƏNİ TƏRK EDİRƏM"-Nazpəri DOSTƏLİYEVA
“Efirlərə çıxmamağım toy biznesimə də təsir edib. Özümə güvənən insanam. Pedoqoji fəaliyyət göstərirəm. Sabah pulumu qazanmaq üçün bağça müdirəsi də işləyə bilərəm”.
"EMTV.az" xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva “Yoldaş Rövşanə” verilişində deyib. Müğənni efirlərə hələ də buraxılmadığını və ölkəni tərk etmək istədiyini bildirib:
“Başqa ölkələrdən təkliflər almışam. Bunları qəbul etməyi düşünürəm. Ölkəni tərk etməyə hazırlaşıram, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Televiziya rəhbələrindən incimişəm. 3 ildir susuram. Heç bir qanuna əsaslanmadan mənə efir qadağası qoyublar. Mən özümə yox, xalqa aidəm. Onların ixtiyarı nədir bir xalq artistinə qadağa qoysunlar? Bir toya hər kəs kimi mən də qonorar qarşılığında getdim. Bunu siyasiləşdirib, mənə qadağa qoydular. Məni əhatə edən haqsızlıqdır, paxıllıqdır. Bəzi bədbəxtlərin məni gözügötürmür. Sevənlərim bundan sonra məni başqa ölkənin kanallarında görəcəklər”.
N.Dostəliyeva müğənnilərin toy biznesindən də danışıb:
"Bu gün hamı toy dalınca qaçır. Şəxsiyyəti olan, əsl sənətkar "toy-toy" deməz. İndi çoxları pul qazanmaq üçün buna önəm verir. Müğənninin gəlir yeri tək toy olmamalıdır".