SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ŞƏHİD ƏSGƏRİN YAS MƏCLİSİ İLƏ BAĞLI PROBLEMLƏR HƏLL EDİLDİ

23-01-2016, 13:39 | Oxunub: 9 491 |

ŞƏHİD ƏSGƏRİN YAS MƏCLİSİ İLƏ BAĞLI PROBLEMLƏR HƏLL EDİLDİ
Cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.
"EMTV.az" xəbər verir ki, şəhidin dayısı Şahin Ağayev bildirib ki, sabah keçiriləcək 40 mərasiminin təşkilini icra hakimiyyəti öz üzərinə götürüb.
“Bu bizim deyil, dövlətin, xalqın şəhididir. Dövlət tərəfindən də kömək edilir. Biz problemləri bildirən kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimovun tapşırığı ilə bizimlə əlaqə saxlanıldı və bütün işləri -40 mərasiminin keçirilməsi, baş daşı məsələsini onlar həll etdilər. Çox sağolsunlar ki, bizə yardım etdilər”.


Ş. Ağayev bildirib ki, şəhidin 40 mərasiminin keçirilməsi ilə bağlı şikayətləri mətbuatda gedəndən sonra deputatlardan Fərəc Quliyev və Rəfael Hüseynov, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti onlarla əlaqə saxlayıb.

“İcra hakimiyyəti bütün işləri öz üzərinə götürdü. Sabah şəhidin 40 mərasimi Binəqədi qayısının yanındakı AKP inşaatının önündə salınacaq çadırda saat 11:00-dən başlayaraq keçiriləcək”.


Qeyd edək ki, ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi ilə bağlı problemlər var idi.

Yaxınları mərasim üçün pul tapa bilmədiklərini qeyd etmişdilər. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR