SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NƏQLİYYAT NAZİRİ ZƏRDABDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ

22-01-2016, 16:21 | Oxunub: 10 621 |

NƏQLİYYAT NAZİRİ ZƏRDABDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulu davam edir.
"EMTV.az" xəbər verir ki, növbəti belə qəbul nəqliyyat naziri Ziya Məmmədov tərəfindən yanvarın 22-də Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Zərdab, Kürdəmir və Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Nazir Ziya Məmmədov əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən Hacıqabul şəhərində müasir tipli avtovağzal binasının tikintisi, Zərdab rayonunun 20-yə yaxın kənd sakinlərinin Bakı şəhərinə daha rahat gediş-gəlişi üçün Ağcabədi-Bakı-Ağcabədi marşrut xəttinin əvvəlki xətt üzrə hərəkətinin bərpası, Zərdab şəhərində mövcud şəhərdaxili sərnişin daşınmasında xidmət səviyyəsinin yüksəldilməsi və qərb bölgəsindən Bakı istiqamətində hərəkət edən avtobusların avtovağzal ərazisinə daxil olması üçün tədbirlərin görülməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş nazir Ziya Məmmədov tərəfindən diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər isə nəzarətə götürülərək həlli üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan bir sıra şikayət və təklif barədə vətəndaşlara ətraflı izahatlar verilib, eyni zamanda, bu cür müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələnlər yaradılan şəraitə, onlara göstərilən diqqətə görə razılıq edərək, bölgələrdə bu cür qəbulların təşkilinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR