17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
BAKI ŞƏHƏR PROKURORLUĞUNUN MƏLUMATI
Son zamanlar bəzi kütləvi informasiya vasitələrində videoreportyor Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində E.İsmayılov və qeyriləri tərəfindən döyülməsi nəticəsində vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə başlanmış cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması C.Hüseynovun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
"EMTV.az" xəbər verir ki, Bakı Şəhər Prokurorluğu bununla bağlı yayılan informasiyaları qəti şəkildə təkzib edir.
Prokurorluqdan bildiriblər ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətindədir. Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Prokurorluğuna dəvət edilərək rəhbərlik tərəfindən məlumatlandırılıb, onlara prosessual hüquq və vəzifələri izah edilib.
2015-ci il dekabrın 22-də E.İsmayılov və qeyrilərinin Cinayət Məcəlləsinin 126.3 və 177.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair, 2016-cı il yanvarın 11-də isə C.Hüseynovun həmin məcəllənin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən cinayət işləri yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.