18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ELDAR MAHMUDOVUN ƏMLAKI SATIŞA ÇIXARILDI
Ötən ilin dekabrında həbs edilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin və qudası Eldar Mahmudovun bütün əmlaklarına əl qoyulub və satışa çıxarılır.
"EMTV.az" xəbər verir ki, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var. Qəzetə məlumat verən mənbə deyib ki, xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün - bunların sırasında xarici bank hesabları da var - siyahısını müəyyənləşdirməkdir. İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir “yem” kimi ortaya atılıbmış. Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır.
Əmlaklar istisnasız olaraq Mahmudovlar ailəsinin üzvlərinin adına olduğu üçün onları üzə çıxarmaq xüsusi çətinlik yaratmayıb. Ayyarım əvvəl Mahmudovun oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında ölkəni tərk edib və siyahı üzrə araşdırma başlayıb. İstintaqdan məlumatlı şəxs deyib ki, Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır. Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır. Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir. Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır.
Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb. Sabiq nazirin ailəsinə məxsus “Caspian Crystal” holdinqinə daxil olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə “əl qoyulub”. “Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər” deyə, mənbə bildirib.
Mahmudovun xəstə olması barədə yayılmış məlumatlara gəlincə, mənbə bunu təsdiqləmir. “Eldar Mahmudovun səhhətində əvvəllər də problem olmayıb, indi də özünü normal hiss edir” deyə, bildirib.