18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İLHAM ƏLİYEV HƏSƏN RUHANİNİ TƏBRİK ETDİ
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
"EMTV.az" xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.
İran prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb, əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.