SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ASLAN İSMAYILOV DÖVLƏT TELEVİZİYASINI OĞURLUQDA İTTİHAM ETDİ

18-01-2016, 13:40 | Oxunub: 7 625 |

ASLAN İSMAYILOV DÖVLƏT TELEVİZİYASINI OĞURLUQDA İTTİHAM ETDİ
Ali Məhkəmə erməni separatizmini maliyyələşdirən dəstəni niyə azadlığa buraxıb?

«Sandryan işi»nin ört-basdır edilməsi Azərbaycanın milli maraqlarına zərbə idi»

Azərbaycanın Ali Məhkəməsi “Azərittifaq”ın Dağlıq Qarabağdakı yerli idarəsinin Sandryan soyadlı erməni müdirəsi və onun dəstəsinin cinayət işini ört-basdır edib.

Ramella Allahverdiyevanın şübhəli qərarı

Bu faktı “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov verib. Onun sözlərinə görə, bu hadisə 1989-1990-cı illərdə olub. Vəkil deyib ki, arxivinə nəzər yetirərkən yadına düşdüyü bu iş kifayət qədər ciddi məsələdir. Aslan Ismayılovun sözlərinə görə, o zaman Sandryan soyadlı həmin erməni qadın və onun ətrafı 100 min rubldan artıq vəsaiti mənimsəməkdə təqsirləndirilərək həbs edilibmiş: “Sandryan işi” adlanan bu cinayət işinin istintaqını Respublika Prokurorluğu aparmışdı. Istintaq zamanı bəlli olmuşdu ki, Sandryan və onun dəstəsi təkcə dövlət əmlakını mənimsəməyib. Onlar həmçinin Dağlıq Qarabağda separatçılıqla məşğul olan məşhur KRUNK (Komitet Revolyutsionnovo Upravleniya Naqorno Karabaxom-red.) təşkilatını maliyyələşdirib. Sandryana qarşı o zamankı Cinayət Məcəlləsinin 88.1(xüsusilə külli miqdarda dövlət əmlakını mənimsə) maddəsi ilə ittiham sürüldüyünə və bu maddədə güllələnmə nəzərdə tutulduğuna görə işin məhkəmə istintaqını Ali Məhkəmə aparıb. Prosesə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Ramella Allahverdiyeva sədrlik edib. Maraqlıdır ki, Ramella Allahverdiyeva o zaman Sandryan və onun dəstəsi ilə bağlı cinayət işini istintaqa qaytarılması barədə qərar vermişdi. Guya ki, irəli sürülən ittihamlarla bağlı heç bir sübut yoxdur”.

Ali Məhkəmə erməni separatçılarına “yaşıl işıq” yandırdı

Vəkil bildirib ki, Respublika Prokurorluğu Ramella Allahverdiyevanın şübhəli qərarından protest verib: “Həmin protesti Ali Məhkəmənin Rəyasət Heyətində mən müdafiə edirdim. Mən o zaman çıxışımda dedim ki, Sandryan və onun dəstəsi ilə bağlı cinayət işini istintaqa qaytarmaq yanlış addımdır. Əvvəla, ona görə ki, bu adamların cinayəti tam sübuta yetirilib. Hətta istintaq Sandryan və onun dəstəsinin Dağlıq Qarabağdakı separatçı fəaliyyəti stimullaşdırmasını da üzə çıxarıb. Ona görə də Ali Məhkəmə hökm çıxarmalıdır. Digər tərəfdən cinayət işinin istintaqa qaytarmaq faktiki olaraq bu adamları azad etmək deməkdir. Çünki artıq o zaman Dağlıq Qarabağın Azərbaycandan asılılığı demək olar ki, yox idi. Sandryan və onun dəstəsinin KRUNK-u maliyyələşdirdiyini nəzərə alsaq, onlar Dağlıq Qarabağda qəhrəman kimi qarşılanacaq və azadlığa buraxılacaqlar. Heç bir istintaq-filan aparılmayacaq. Mənim bu çıxışımı yalnız O zaman Ali Məhkəmədə sədr müavini olan, hal hazırda Ali Məhkəmənin üzvü olan Gülzar Rzayeva müdafiə etdi. Ali Məhkəmənin sədri və Rəyasət Heyətinin üzvü Hüseyn Talıbov, onun birinci müavini Arif Zeynalov, Rəyasət Heyətinin üzvləri Nəriman Hüseynov, Xalid Rəhmanov və Zabramnaya soyadlı bir hakim isə çıxışımın əleyhinə çıxdı. Beləliklə də Ramella Allahverdiyevanın qərarı qüvvədə qaldı. Sandryan və onun dəstəsinin cinayət işi istintaqa qaytarılandan sonra onlar azadlığa buraxıldılar”.

“KQB” arxivləri açılmalıdır

Aslan Ismayılovun sözlərinə görə, “Sandryan işi”nin ört-basdır edilməsi ermənilərin Dağlıq Qarabağdakı separatçı fəaliyyətinin daha da genişlənməsinə səbəb oldu. Vəkilin fikrincə, əslində, dəstəni elə buna görə də azadlığa buraxdılar: “O zaman Dağlıq Qarabağda separatçılığı maliyyələşdirən başqa vəzifəli şəxslər də var idi. Sandryan və onun dəstəsi həbs ediləndə onlar qorxuya düşmüşdü. Lakin bu iş ört-basdır olunandan sonra KRUNK-a maliyyə axını daha da artdı. Mənim fikrimcə, bu, məqsədli şəkildə edildi. Bizim hakimlər də bilərəkdən, yaxud bilməyərəkdən bu məsələdə xüsusi rol oynadılar”.
Vəkil hesab edir ki, “Sandryan işi”nin ört-basdır edilməsi Azərbaycanın milli maraqlarına zərbə olduğuna görə, bu məsələ ciddi şəkildə araşdırılmalı və erməni separatçılarına yardım edən bir dəstənin azadlığa buraxılmasını təmin edən şəxslər barədə tədbir görülməlidir: “Mən hələ yalnız öz çıxdığım və yadımda qalan işləri açıqlayıram və yadıma düşdükcə açıqlayacağam. Belə işlər bəlkə də onlarladır. Ona görə də mən hesab edirəm ki, ”KQB” arxivləri açılmalıdır. Xalqımız kimin kim olduğunu bilməlidir. Amma təəssüf ki, bugünkü hakimiyyət “KQB” arxivlərindən şantaj vasitəsi kimi istifadə edir. Insanları gözükölgəli edərək onlardan öz çirkin məqsədləri üçün yararlanır. Ən dəhşətlisi isə budur ki, vaxtilə ölkənin milli maraqlarına kölgə salan adamlar indi qəhrəman kimi təqdim olunur. Nümunə olaraq Sumqayıt hadisələrini, konkret olaraq “Qriqoryan işi”ni göstərə bilərəm. Bilirsiniz ki, mən bu işdə dövlət ittihamçısı olmuşam. Sonradan topladığım faktlar əsasında bu işlə bağlı “Sumqayıt – SSRI-nin süqutunun başlanğıcı” adlı kitab da yazmışam”.

Əli Həsənovla Mənsur Ibayev niyə qəhrəman olur?

Aslan Ismayılov deyib ki, yazdığı kitaba laqeyd münasibət bir tərəfə, heç olmasa o zamankı hadisələrdə Azərbaycana əks mövqedə olanlar qəhrəman kimi təqdim edilməsin: “Təsəvvür edin, dövlət televiziyasının Ibrahim Məmmədov adlı əməkdaşı Sumqayıt hadisələri ilə bağlı film çəkib. Həmin filmdə indi o zaman Sumqayıt şəhər Icraiyyə Komitəsinin sədr müavini olan, indisə baş nazirin müavini vəzifəsində çalışan Əli Həsənov və ”Qriqoryan işi” ilə bağlı məhkəmə prosesində hakimlik edən, bu işin batırılmasında rolu olan Mənsur Ibayev qəhrəman kimi təqdim edilir. Axı bu adamlar nə iş görüb? Əli Həsənov deyir, belə elədik, elə elədik. Eləmişdinsə, niyə bu qədər böyük vəzifə tuta-tuta Sumqayıt – SSRI-nin süqutunun başlanğıcı” kitabı işıq üzü görənə qədər bir kəlmə belə, danışmamısan? Doğrudur, mənə deyirdilər ki, niyə üzərindən 20 il keçəndən sonra kitab yazdın. Mənim Sumqayıt hadisələri ilə bağlı kitab yazmaq niyyətim yox idi. Sadəcə “Xalq” qəzetində mənim əleyhimə geniş bir məqalə dərc olunmuşdu. Mən də öz mövqeyimi çap elətdirmək istədim, amma razılaşmadılar. Ona görə də oturub kitab yazdım. Bu kitabı yazana qədər isə mən bu faktları həmişə çəkinmədən demişəm.
Indi mən kitab yazandan sonra Mənsur Ibayev, Əli Həsənov və qeyriləri danışmağa başlayıb. Yeri gəlmişkən, dövlət televiziyasında nümayiş etdirilən həmin filmdəki faktların böyük əksəriyyəti mənim yazdığım kitabdan oğurlanıb. Mən ona görə oğurlanıb deyirəm ki, müəllif bu faktları haradan götürdüyünü bircə cümlə ilə də qeyd etməyib”.

Vidadi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR