SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT! MƏDƏ-BAĞIRSAQ XƏSTƏLİYİ OLANLAR MÜTLƏQ OXUSUN

16-01-2016, 18:36 | Oxunub: 13 609 |

DİQQƏT! MƏDƏ-BAĞIRSAQ XƏSTƏLİYİ OLANLAR MÜTLƏQ OXUSUN
"EMTV.az" xəbər verir ki, son zamanlar insanlar arasında bəzi mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, GMO qidalar, zərərli vərdişlər, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s.
Əlbəttə, hər hansı bir şikayət zamanı ilk növbədə o sahənin mütəxəssisinə müraciət etmək lazımdı. Ancaq çox vaxt insanlar xalq təbabətindən də istifadə edərək özlərini müalicə edirlər. Bunu nəzərə alaraq bioenerqo-terapevt Tariyel Salmanovun xüsusi reseptini təqdim edir.

Həkim deyir ki, bu qarışım əksər mədə-bağırsaq xəstəlikləri, öd kisəsi iltihabı (xolesistit), öd axarlarında iltihab (xolangit), öd yollarının təmizlənməsi, mədəaltı vəzinin iltihabı (pankreatit), hiperaktiv qastritlər, qida borusunun xəstəliyi (ezofagitlərdə), xroniki hepatitlər, qaraciyər daxili xolestaz, qaraciyər daxilində öd yığıntısının təmizlənməsi, qaraciyərin piy distrofiyası, hiperxolesteremiya, xroniki qəbzlik, spastik və xroniki kolitlər, düz bağırsaq iltihabları və anemiyalar zamanı istifadə olunur.

Lazım olan ərzaqlar:

500 ml zeytun yağı (və ya çaytikanı yağı)
200 ml bal
200 qr qoz ləpəsi
4 ədəd limon


Hazırlanması:
Qoz ləpəsi sürtgəcin ən nazik gözündən keçirilir. Limonlardan ikisinin qabığı soyulur, ikisi qabıqlı qalır. Toxumları təmizlənib ət maşınından keçirilir. Əvvəl yağla bal yaxşıca qarışdırılır. Sonra qoz və limon əlavə edilib qarışdırılır. Qarışımın yaxşı həll olunması üçün blendr və ya mikserdən də istifadə etmək olar.
Qarışım hazır olandan sonra onu xırda şüşə bankalara yığıb soyuducunun alt gözünə və ya sərin yerə qoyun. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edin. Hər dəfə dərmanı götürəndə bankanın ağzını dərhal bağlayıb yerinə qoyun ki, tez qıcqırmasın. 14-28 gün qəbul etmək olar.


Düz bağırsağın iltihabı və çatı zamanı isə buna bənzər digər qarışımdan istifadə etmək olar.

Lazım olan ərzaqlar:

250 ml zeytun yağı (çaytikanı və ya itburnu yağı da ola bilər)
100 ml bal
75 ml aloe bitkisinin şirəsi


Bunları bir qabda yaxşıca qarışdırın.

Xəstəyə ilk növbədə çobanyastığı dəmləməsi ilə təmizləyici imalə aparılır. Sonra xəstə sağ yanı üstə uzanır. Belinə “prelka” qoyulur. 50 ml qarışım bağırsağa yeridilir. 40 dəqiqə bu vəziyyətdə uzanmaq lazımdır. Qarışım 10-12 gün müddətində gündə 1 dəfə olmaqla istifadə olunur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR