SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“BƏNÖVŞƏYİ” XƏTTİN TİKİNTİSİNDƏ YENİLİK

14-01-2016, 16:43 | Oxunub: 8 023 |

“BƏNÖVŞƏYİ” XƏTTİN TİKİNTİSİNDƏ YENİLİK
Ölkə prezidentinin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq bu gün «Herrenknecht» qazma kompleksi “Bənövşəyi xətt”in şərti olaraq “B-4” adlanan stansiyasına (Heydər Əliyev adına idman kompleksinin arxası) daxil olub.

"EMTV.az" xəbər verir ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəklə gətirir. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.


Almaniya istehsalı olan “Herrenknecht” qazma kompleksinin «Bənövşəyi» xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil olub. “Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.


Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. “Herrenknecht” nəinki Azərbaycanda, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.

“Bənövşəyi xətt”in şərti adı “B-5” olan stansiyası (“Qış bulvarı”nın yanı) istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, «Herrenknecht» yolunu “B-5” stansiyasına doğru davam etdirəcək.
“BƏNÖVŞƏYİ” XƏTTİN TİKİNTİSİNDƏ YENİLİK“BƏNÖVŞƏYİ” XƏTTİN TİKİNTİSİNDƏ YENİLİK
“BƏNÖVŞƏYİ” XƏTTİN TİKİNTİSİNDƏ YENİLİK

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR