SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

XALQ ARTİSTİ QİYMƏT ARTIMI HAQDA DANIŞDI

12-01-2016, 18:53 | Oxunub: 9 638 |

XALQ ARTİSTİ QİYMƏT ARTIMI HAQDA DANIŞDI
“Azərbaycanda bahalaşma və pul dəyişməsi birinci dəfə deyil. Bu vəziyyət bir neçə dəfə olub”.

"EMTV.az" xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında, tanınmış muğam ifaçısı Əlibaba Məmmədov deyib. O qeyd edib ki, Azərbaycanda ən kəskin pul dəyişimi 1961-ci ildə baş verib:

“Qəfildən pul dəyişdi, 10 manat 1 manat oldu. Həmin vaxt ölkədə dəhşətli bahalaşma oldu. Amma zamanla hər şey qaydasına düşdü. İndi də belə, 3-4 ayın içində hər şey qaydasına düşəcək, darıxmayın. Bundan ötrü narahat olmağa dəyməz”.

Ə.Məmmədov vurğulayıb ki, insana yaşamaq üçün nə lazımdırsa o da Azərbaycanda var:

“Hər şey yaxşı olacaq. Hər şeyimiz, çörəyimiz, suyumuz, qazımız var. Puldur da, dəyişib, camaat da narahat olub. Bizim xalq bir az pula hərisdir. İnsanlar öləndə özü ilə nə aparacaqlar? Dünyaya necə gəlmişiksə elə də gedəcəyik. Odur ki, panikaya uymayın. Hamısı pul qazanmaq xatirinə olunur. Bunlar nəyə lazımdır? Milləti, xalqı, prezidenti düşünmək lazımdır. Bir kişi öz ailəsini dolandıra bilmir, amma İlham Əliyev 10 milyon xalqı dolandırır. O, bizi, Azərbaycanı dünyanın hər yerində tanıtdırıb. Xalqımızın borcudur ki, ona kömək etsin”.

Sənətkarın sözlərinə görə, onun nə pulu var, nə də borcu:

“Mənim heç zaman pulum olmayıb. Ailəmi dolandırmışam, heç nəyə də ehtiyacım olmayıb. 86 yaşım var, ayda 1000 manat alıram bəsimdir, artıq pulu neyləyirəm?!”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR