SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İNTİHAR EDƏN TƏLƏBƏ İLƏ BAĞLI AÇIQLAMA

11-01-2016, 17:46 | Oxunub: 9 842 |

İNTİHAR EDƏN TƏLƏBƏ İLƏ BAĞLI AÇIQLAMA
Sumqayıt Dövlət Universiteti intihar etdiyi bildirilən tələbə ilə bağlı məlumat yayıb.

"EMTV.az" xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının ölümü ilə əlaqədar bəzi saytlarda istintaqın nəticəsini gözləmədən “Universitetin tələbəsi imtahanlardan kəsildiyi üçün intihar etdi” məzmunlu qərəzli və məntiqdən uzaq məlumatlar yayılıb:
"Məlumatların verilməsinə qətiyyətlə etiraz edir və bildiririk ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlığı olmadığı üçün nəticəsi qənaətbəxş olmayıb. O, semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərib. Nəticələri ilə razılaşmayan tələbələrə, o cümlədən Rumiyyə Qasımovaya universitetdə yaradılmış “Apellyasiya komissiyası”na müraciət etmələri tövsiyyə olunub. Lakin mərhumun “Apellyasiya komissiyası”na müraciət etməməsindən belə nəticəyə gəlmək olar ki, o, nəticəsi ilə razılaşıb. Həmçinin onun tələbə yoldaşları da həmin gün onunla deyə-gülə universitetdən çıxaraq ayrıldıqlarını bildiriblər".

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

Sosial şəbəkədə Rumiyyə Qasımovanın Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu, imtahandan kəsildiyi üçün intihar etdiyi barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR