18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DEYƏSƏN “AZADLIQ” BUNU DA HƏLƏ BİLMİR
Açığı, bizim heç bir KİV, o cümlədən “Azadlıq” qəzeti ilə söz güləşdirməyə nə vaxtımız var, nə də həvəsimiz. Amma, məsələn, elə adını çəkdiyimiz həmin qəzetdəkilər görəndə ki, onların sözünün qarşısında söz deyən yoxdur, daha da irəli (əgər belə demək olarsa) gedirlər. İllah da dedikləri, daha doğrusu, yazıb tirajladıqları söz siyasi mövqelərindən irəli gələn şər və şayiədən o yana keçməyəndə “sürət”ləri daha da artır və artdıqca da aqressivləşirlər.
Odur ki, ən azı hərdən cavabları verilməlidir, əks halda bizi inandırdıqlarını zənn etmələri bir yana, özləri öz yazdıqlarına inana bilərlər.
Deməli belə, “Azadlıq” qəzeti bizim onun 7 yanvar 2016-cı il tarixli sayında dərc olunmuş “Azərbaycan iqtisadi artımda Ermənistandan da geri qalır” xəbərinə etiraz kimi yazdığımız “Çox az az çoxdan çoxdur” cavabımıza dünənki nömrəsində cavab dərc edib. Adı da belədir: “Çoxu yox edib, yoxu çox kimi təqdim etmək”, yəni, necə deyərlər, söz güləşdirib.
Təbii ki, mahiyyət cavaba cavablarının formasında yox, məzmunundadır. O məzmunda ki, Dünya Bankının hesabat xarakterli proqnozlarından bəhs edən ilk yazılarındakı mövcud faktlara, reallıqlara münasibət, yanaşma bunun yanında toya getməlidir. Başa düşürük, ortada siyasi mövqe, partiya marağı, “konspirativ redaktor”un tələbi və təbii ki, bütün bunlardan irəli gələn qərəz var. Amma sadaladığımız və yəqin ki, bilmədiyimiz, eləcə də bilib yazılmasını məqbul saymadığımız neçə-neçə səbəblərdən doğan yalanın da bir həddi olmalıdır, ya yox?!
Biz nə yazmışdıq? Yazmışdıq ki, hər bir inkişafın tənəzzülü, hər bir tənəzzülün inkişafı olur. Sizi başa salmaq istəmişdik ki, Azərbaycan artıq 25 ildir ki, müstəqil dövlətdir və onun iqtisadiyyatı dünya iqtisadiyyatının bir hissəsidir. Odur ki, dünya iqtisadiyyatında baş verən bütün eniş və yoxuşlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Məgər Azərbaycanın eyham vurduğunuz 10 illik inkişaf dövrü təkcə bizəmi aid idi?! Çinin, Hindistanın, Türkiyənin, Rusiyanın, Avropanın əksər ölkələrinin, ABŞ-ın, Braziliyanın həmin illərdəki inkişafını kim danır ki?!. Yaxşı, sizin məntiqinizlə belə qəbul edək ki, neft ucuzlaşdığından hasilatçı ölkələrin iqtisadiyyatında gərginlik yaranıb. Bəs, Çin, Hindistan, Braziliya kimi nəhənglərin iqtisadiyyatlarına nə oldu, onlar ki, neft ölkələri deyillər. Deməli, ay “həmkarlar”, Azərbaycandakı mövcud vəziyyətin səbəbi heç də, yazdığınız kimi, “çoxun yox edilməsi” deyil, bu sizin də, bizim də bildiyimiz tamam başqa məsələdir! Sadəcə, biz bunu etiraf, siz isə təhrif edirsiniz! Biz etiraf edib yazırıq ki, dünya iqtisadiyyatı bu gün böyük güclərin hikkələrinin qurbanına çevrilib və ondan bütün ölkələr, o cümlədən Azərbaycan da əziyyət çəkir, siz isə bütün bunları təhrif edərək sübut etməyə çalışırsınız ki, xeyr, belə deyil, Azərbaycanda inkişaf yox, yalnız neft pulları olub.
Əvvəla, Azərbaycanın son illər istər iqtisadi, istərsə də digər sahələr üzrə inkişaf etdiyini danmaq elə bu inkişafda neft amilinin rolunu inkar etmək qədər insafsızlıqdır. İndi nə edək ki, bir xalqın qismətinə strateji cəhətdən əlverişli coğrafi ərazi, başqa birisinə ilboyu günəşli iqlim, üçüncüsünə sonsuz zəhmətsevərlik və başqalarında olmayan istedad, bizim də payımıza təbii sərvət olaraq neft-qaz düşüb. Dəfələrlə yazmışıq, yenə təkrar edirik: tarixən neft diyarı olmuş Azərbaycanı 10-20 il ərzində neft asılılığından tamam azad etmək mümkün deyil! Bunu kim qəbul etmirsə və deyirsə ki, həmin müddətdə Azərbaycanın iqtisadiyyatını neft gəlirlərindən azad etmək mümkün idi, yumşaq desək, yalan danışır, populizmlə məşğul olur! İndi “Azadlıq”dakılar da çoxu yox kimi görərək bu yolu tutub. Yoxsa, Ermənistanda orta aylıq əməkhaqqının guya Azərbaycandakından çox, dramın dəyərinin manatdan güclü olduğunu oxuculara həqiqət kimi sırımağı onlara nə məcbur edir ki...
Bəli, keçən il manat dollara nisbətdə iki dəfə dəyərini itirib. Elə bu gün də kursu sabit deyil. Qiymətlərin bahalaşmasını da inkar etmək fikrindən uzağıq. Amma bütün bunlar o demək deyil ki, Azərbaycan iqtisadiyyatı tənəzzül, Ermənistan iqtisadiyyatı inkişaf dövrünü yaşayır. “Azadlıq” qəzetində çalışanlar bilməsələr də, iqtisadiyyatdan az-çox başı çıxanlara yaxşı məlumdur: iqtisadi böhran tamam fərqli təzahürlərlə özünü göstərir - fond birjalarında səhmlər kəskin ucuzlaşır, dövlətin büdcəsi boşalır, əməkhaqları, pensiyalar və başqa ödənişlərin verilməsində problemlər yaranır, müəssisə və təşkilatlarda kütləvi ixtisarlar aparılır və s. İndi bunların heç biri Azərbaycanda yoxdur. Olan təkcə neftin ucuzlaşması səbəbindən ölkənin gəlirlərinin azalması və bir də dollar ajiotajıdır. O ajiotaj ki, onun yaranmasında həm də “Azadlıq” qəzeti və onun kimi məsuliyyətsiz iqtisadçı “ekspert”lərin “əməy”i az deyil. Nə qədər şayiə, nə qədər yalan olar?! Yaxşı, “Azadlıq”dakıları başa düşmək olar, ölkədə vəziyyət nə qədər pis, nə qədər gərgindirsə, onlar üçün bir o qədər yaxşı, bir o qədər rahatdır! Bəs, adlarını “ekspert” qoyan iqtisadçılar? Onlar ki, pul qədər informasiyaya (fərqi yoxdur: yalan, ya doğru) həssas heç nəyin olmadığını yaxşı bilirlər. Elə isə bu nədir - ələkçiyə qıl vermək, yoxsa, oturduğun budağı kəsmək?!
Biz “Azadlıq”ın çoxla yoxu qarışdırdığı cavabında nəinki hər cümləni, hətta hər sözü konkret fakt və rəqəmlərlə təkzib edə bilərik. Ölkənin neftdən qazandığı milyardların nə qədərinin nəyə xərcləndiyini və nə qədərinin qaldığını da (“Azadlıq”ın bu barədə sözügedən yazısındakı rəqəmlər həqiqət yox, “həqiqət kimi” görmək istədikləridir) sübut etmək çətin deyil. Özü də bunun üçün heç də statistikaya, hesabatlara nəzər salmağa ehtiyac yoxdur! Sadəcə olaraq ətrafa və ətrafdakılara, özünə və özününkülərə göz yetirmək kifayətdir. Kifayətdir görəsən ki, nə ətraf və nə də özün 15-20 il əvvəlkidir, yaxşılığa, abadlığa, firavanlığa doğru çox dəyişikliklər baş verib! Bunu danmaq nadanlıqdır, hətta siyasi mənsubiyyət buna imkan verməsə də!.. Odur ki, biz çoxu yox edib yoxu çox kimi təqdim etmirik, sadəcə, çoxu inkar edib onu yox kimi təqdim etmək istəyənləri qınayırıq!
Raqif MƏMMƏDOV