SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NARDARAN ABAD VƏ SABİT QƏSƏBƏYƏ ÇEVRİLİR

11-01-2016, 12:45 | Oxunub: 7 576 |

NARDARAN ABAD VƏ SABİT QƏSƏBƏYƏ ÇEVRİLİR
Bundan narazı qalan aqressiv müxalifət indi də xarici kəşfiyyat agentlərinin müdafiəsinə başlayıb

Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün məsələlər mövcud qanunvericilik əsasında tənzimlənir. Ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Milliyyətindən asılı olmayaraq, hər bir xalqın mənəvi dəyərlər sistemində dinin mühüm, özünəməxsus yeri var.
Ancaq son zamanlar din pərdəsi altında istənilən çirkinliyə əl atılır, radikal ekstremist qruplar bəzi qüvvələrin maraqlarına xidmət edərək müqəddəs dinimizə ləkə gətirirlər. Elə ona görə də bu gün dini ekstremizm terrordan da artıq bəlaya çevrilib.

2000-dən çox məscidin fəaliyyət göstərdiyi Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunub. Ölkədə ictimai-siyasi sabitlik mövcuddur. Lakin hərdən antiazərbaycançı şəbəkənin “şirin vədlərinə” uyub ölkədəki bu sabitliyi pozmaq istəyən qüvvələr də ortaya çıxır və dərhal hüquq mühafizə orqanları tərəfindən ifşa olunur və radikal ekstremist qüvvələrin din pərdəsi altında həyata keçirmək istədikləri çirkin niyyətləri baş tutmur.
Noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində baş verən hadisə bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Daxili İşlər Nazirliyi tərəfindən qəsəbədə keçirilən xüsusi əməliyyat zamanı “Müsəlman birliyi” adı altında fəaliyyət göstərən dəstə zərərsizləşdirildi. Bir qrup radikal ekstremistin qanunsuz birləşərək daxili sabitliyi pozmaq, təxribat xarakterli hərəkətlər etmək, terror yolu ilə hakimiyyətə, dövlətə və dövlətçiliyə qarşı çıxış etmək, xalqın hakimiyyətə olan inamını zəiflətmək “niyyəti” baş tutmadı. Həmin əməliyyat zamanı öz vəzifəsini yerinə yetirən 2 polis əməkdaşı da qəhrəmancasına həlak oldu. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürüldü. Cinayətkar dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edildi və fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıldı. Günü bu gün də həmin cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə kömək edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Yanvarın 7-də isə Nardaranda daha bir əməliyyat keçirilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Nardaranda baş verən son hadisələrə qədər qəsəbədə bütün prosesləri “Ağsaqqallar Şurası” həyata keçirirdi. Dövlətə xəyanət maddəsilə təqsirləndirilən şəxs Natiq Kərimov isə bu qurumun rəhbəri idi. Sən demə, xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirən şəxs elə “Ağsaqqallar Şurası”nın rəhbəri imiş. Belə çıxır ki, bu qurumun hətta rəhbəri qəsəbədə olayları yatırtmaq, bunu törədənləri düz yola qaytarmaq əvəzinə onları daha da qızışdırır, dövlətə, dövlətçiliyə meydan oxumağa çağırırmış. Ancaq qanlı hadisə baş verəndən sonra Natiq Kərimov özünü günahsız və hüquq mühafizə orqanlarına yardım göstərən şəxs kimi qələmə verirdi. İndi isə onun özü təqsirləndirilən şəxs kimi ifadə verməlidir.
Onu da deyək ki, xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilən Natiq Kərimovun həbsi aqressiv müxalifəti yaman narahat edib. Antiazərbaycançı şəbəkənin tapşırıqlarını canla-başla yerinə yetirməyə çalışan, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa daim can atan destruktiv müxalifətin bu narahatçılığı başadüşüləndir. Çünki müxtəlif şəbəkələrdən istiqamət alsalar da, eyni yolun yolçularıdırlar. Bəziləri “siyasi maskada”, digəri isə din pərdəsi altında verilən tapşırıqları yerinə yetirmək üçün “çalışırlar”.
AXCP sədri Əli Kərimlinin və “Milli Şura”nın sədri Cəmil Həsənlinin dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunan bir şəxsi müdafiə etməsi atrıq təəccüblü görünmür. Çünki onların bir devizi var: “Azərbaycan dövlətinə qarşı olan bütün qüvvələrlə həmrəyik”.
Dövlətə xəyanət maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilən şəxs barəsində “Milli Şura”nın sədri Cəmil Həsənlinin və ACXP sədri Əli Kərimlinin “Facebook” səhifəsində yazdıqlarına diqqət etdikdə hər şey bəlli olur. Bu iki siyasətçi iddia edir ki, “Milli Şura”nın üzvü olan Natiq Kərimov “bütün varlığı ilə” bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqal imiş. Guya Azərbaycan bayrağını həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb. Necə olur ki, bu millətə, bu xalqa, bu dövlətə bağlı olan insan xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirib.
AXCP sədrinin partiyada yaratdığı mühit hər kəsə bəllidir. Partiyanı tərk edən Əli Kərimlinin müavinləri bütün faktları ictimaiyyətə açıqlayıblar. Onlar Əli Kərimlinin antiazərbaycançı şəbəkələrlə işbirliyini dəfələrlə söyləyiblər. Partiyadan istefa verən əksər şəxslər barəsində kompromatlar hazırlayan Əli Kərimli onları əlindəki şantaj materialları ilə hədələyərək susmağa məcbur etdiyi də hər kəsə bəllidir. İndi isə Natiq Kərimovun həbs edilməsindən istifadə edərək gündəmə gəlmək fürsəti güdür. Lakin xalq bu adamları yaxşı tanıyır. Açıq-aydın bəlli olur ki, Natiq Kərimov “Milli Şura”nın üzvü olmasaydı, nə Cəmil Həsənli, nə də Əli Kərimli onun barəsində belə mədhiyyələr söyləməzdilər. İstintaq hər şeyi sübut edəcək. Hələ çox qaranlıq məqamlara aydınlıq gələcək. Bəlkə də Nardaranda baş verən hadisələrdə “Milli Şura”nın da bu və ya digər formada “iştirakı” var?
Ancaq hər kəsə bəllidir ki, bu gün dünyada baş verən xoşagəlməz hadisələrdən özünü qoruyan Azərbaycan güclü dövlət olduğunu nümayiş etdirir. Ona görə də heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq cəhdi baş tutmur. Buna cəhd edənlər isə layiqli cəzalarını alırlar. Bu, Azərbaycan xalqının tələb və təkididir. Nardaran qəsəbəsinin Azərbaycan reallığına qaytarılmalı olduğunu və bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməsini tələb edən ölkə ictimaiyyəti bu gün qəsəbədə baş verən yenilikləri görür və təqdir edir.
Bir vaxtlar terrorun, radikal ekstremizmin yuvasına çevrilən, Orta əsr qanunlarının hökm sürdüyü məkan hesab olunan Nardaranda indi tamam başqa ab-hava mövcuddur. Paytaxt və bölgələrin, hər bir kəndin, qəsəbənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn addımlar da ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Bu baxımdan qeyd edə bilərik ki, Nardaran qəsəbəsi də bu diqqət və qayğıdan kənarda deyil. Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilmiş, böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunmuşdur. Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərliklərinə qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar vermişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, buradakı sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaqda davam ediləcək.
Onu da qeyd edək ki, Nardaran qəsəbəsində heç vaxt polis bölməsi mövcud olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsi idi. Dekabr ayının 28-də Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina istifadəyə verilib. Sabunçu Rayon İcra Hakimiyyəti rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə 42-ci Polis Bölməsinin açılışı olub. Bu da onu göstərir ki, artıq qəsəbədə insanlar sakit, rahat yaşayr və ictimai asayiş tam bərqərar olub.


Rəşad BAXŞƏLİYEV

NARDARAN ABAD VƏ SABİT QƏSƏBƏYƏ ÇEVRİLİR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR