17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TƏLƏBƏ QOHUMUNU GÜLLƏLƏDİ
Ağdaş rayonunda 22 yaşlı gənc qohumu tərəfindən güllələnib.
"EMTV.az" xəbər verir ki, dünən axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb. Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi olan 1999-cu il təvəllüdlü Həsənov Emin Zəkəriyyə oğlu yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Həsənov Pünhan Sadiq oğlunu güllələyib.
Qarın nahiyəsindən ağır xəsarət alan Pünhan Həsənov çoxlu qan itirərək ölümcül vəziyyətə düşüb. Yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.