SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İŞİD-dən QAÇAN GİROVLAR DANIŞDILAR

7-01-2016, 12:22 | Oxunub: 8 294 |

İŞİD-dən QAÇAN GİROVLAR DANIŞDILAR
Вünya ictimaiyyəti İŞİD-in daha bir cinayətkar əməlindən narahat olmağa başlayıb. Belə ki terrorçular tərəfindən çoxsaylı insan oğurluğu hadisələri haqqında da məlumatlar yayılıb. RF-nın BMT-dəki nümayəndəsinin müavini Yevqeniy Zayqanov axın Şərqdə və Afrikanın şimalında terror fəaliyyəti ən çox kürdlərə və izədilərə qarşı həyata keçirildiyni bəyan edib.

"EMTV.az" xəbər verir ki, RT müxbiri Murad Qazdıyev əsirlikdən qaçmağı bacaranlarla söhbət edib.
Novruz düşərgəsi İŞİD-in əlindən qurtula bilən bir çox izədilər üçün yeni bir ev olub. Onlara sığınacağı isə Suriya kürdləri təşkil edib.

"Terrorçular gələndə biz Sincar şəhəri yaxınlığındakı dağa qaçdıq. Terrorçular bizi izləyirdilər, lakin Kürd Fəhlə Partiyasının bölmələri onları geri sıxışdıra bildi. Kürdlər bizə yemək və içmək verdilər", deyə Dil Şad adlı kişi danışır.

Bu əsl son idi: 50 min insan İŞİD-dən qaçırdı. Terrorçular Dil Şada, anası və bütün izədilərə seçim təklif ediblər.

"Terrorçular ultimatum irəli sürdülər: vəhabiliyi qəbul etmək, ya da ölmək. Lakin biz izədilərik və elə də qalacağıq. Bizə müqavimət göstərmək çox çətin idi, çünki silahımız yox idi", - deyə o, bildirir.

Bundan sonra onlar qaçmağa cəhd edirlər. Şadın sözlərinə görə, terrorçular kişiləri qətlə yetirir, qadınlar və uşaqları isə girov götürürdülər.

"Köçər" kəndinin sakinləri xilas ola bilmədilər: terrorçular orda daha çox insanı əsir gbtürdülər", - deyə qaçqın bildirir.

Seva Beyru Hacı isə deyir ki, İŞİD-çilər hücum edərkən sakinlərə toxunmayacaqlarını vəd veriblərmiş: "Mənim bacım oğlu inandı və geri, kəndə qayıtdı. Terrorçular onu həyat yoldaşı və bacısı ilə bir yerdə ələ keçirdilər".


Terrorçular hətta yaşlı insanlara belə rəhm etməyiblər. Seva və qohumları qardaşının yaşlı xanımını onların əlindən almaq üçün 15 min dollar borc görüblər. Onun sözlərinə görə, sövdələşmə Türkiyədə baş tutub.

Hər bir qaçqın öz faciəsini yaşayıb. "12 gün biz dağlarda ac-susuz sərgərdan gəzdik. Biz qoyunların yediyi ilə qidalanırdıq və ancaq bunun sayəsində sağ qaldıq", - deyə Naima öz faciəsini bölüşür.

O, yolda qardaşı arvadını və 4 uşağını ələ kçirildiyini deyir. Ona təcavüz edirlər, terrorçular bütün qadınlarla bu cür davranırlar. "Bəzilərinə 40 dəfə "ərə getməyə" məcbur edirlər", - deyə o, bildirir.

İŞİD-də zina qadağandır, ancaq onlar bu qadağanın üstündən keçməyin yolunu tapıblar. Onlar qadını alır, özü ilə evləndirir, qadından bezdikdən isə onunla boşanır və başqa "ərinə" satır.

Naimanın dediyinə görə, ailəsi 23 nəfərdən ibarət idi, ancaq indi tək qalıb.

Digər ailənin üzvlərini də ayırıblar. Ananı döyüşçülərə seks-kölə olmağa məcbur ediblər, uşaqları isə öz iradələri əleyhinə vəhhabi ediblər. Bununla belə, çadırların birində öz yaxınlarını görmə ümidi ilə yaşayan nənə var...

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR