SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

GÖMRÜK KOMİTƏSİ ELEKTRON VERSİYAYA KEÇDİ

5-01-2016, 17:11 | Oxunub: 9 575 |

GÖMRÜK KOMİTƏSİ ELEKTRON VERSİYAYA KEÇDİ
Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə" xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edilib.

"EMTV.az" xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məlumat verib.

Belə ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş E-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir.

Proses isə çox sadədir. Vətəndaş xidmətin üzərinə toxunaraq açılan pəncərədə pasport nömrəsini, doğum tarixini qeyd edərək irəli düyməsini seçir, sonra portal üzərindən FİN-ə uyğun olaraq tanınan kimliyini təsdiq edib gəldiyi və getdiyi ölkənin istiqamətini seçir. Daha sonra açılan pəncərədə müvafiq kateqoriyanı (valyuta, nəqliyyat vasitəsi, bəyan olunan mallar, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar, ölmüş şəxslər, tabutdakı meyitlər, urnadaki küllər və s.) seçərək, bəyannamədə yanlış məlumat göstərdikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıdığı xəbərdarlığını alaraq, daxil etdiyi məlumatların doğru olduğuna əmin olub "təsdiq et” düyməsini vurur. Nəticədə hazırladığı bəyannamə Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınır və vətəndaşa qeydiyyat kodu göndərilir. Bununla da vətəndaş "çap et” düyməsini sıxaraq gömrük bəyannaməsini çap edib gömrük xidmətinə təqdim edə bilir.

Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili gömrük sahəsində işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək. Bununla da Dövlət Gömrük Komitəsinin "Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR