SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MÜSAHİBƏ VERƏN AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ

3-01-2016, 17:18 | Oxunub: 9 446 |

MÜSAHİBƏ VERƏN AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ
Gürcüstan televiziyasına müsahibə verən azərbaycanlı öldürüldü
öldürülən gənc vəhhabiliyin əleyhinə olub

Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib.

"EMTV.az" xəbər verir ki, Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun məlumatına görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.

Onun sözlərinə görə, Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhhabilərin çoxaldığını bildirib: "Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib".

A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər:

"Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər”.

Məscidin tikintisi ilə bağlı Gürcüstanın "İmedi" kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb. R. İsayev hadisəni törədəndən sonra qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

F. Əhmədov bu gün torpağa tapşırılacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR