17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
UKRAYNA BAKIDA YENİ METRO STANSİYASI TİKƏCƏK
Ukrayna 2016-17-ci illərdə Bakı metropoliteninin yeni stansiyasının tikintisini həyata keçirəcək. Xəbəri mediaya dekabrın 30-da Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna baş nazirinin müavini, tikinti naziri Gennadi Zubko açıqlayıb.
"EMTV.az" xəbər verir ki, onun sözlərinə görə, Ukraynanın bu sahədə yaxşı təcrübəsi var və yaxın gələcəkdə Aşqabad və Bakıda yeni stansiyaların tikintisinə hazırlıqlar başa çatmaq üzrədir: “Biz eyni zamanda
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin – TAPİ-nin çəkilməsində də Türkmənistan dövlətinə dəstək verməyə hazırıq. Onu da bildirim ki, bu marşrut üzrə dəmir yolunun və elektrik xəttinin çəkilməsi məsələsi də gündəmdədir. Ukrayna bundan sonra yalnız tikinti sahəsində avadanlıq satan ölkə yox, həm də xidmət göstərən ölkə olacaq”.
Türkmənistan TAPİ-nin tikintisinə 2015-ci il dekabrın 13-də başlayıb. Layihəyə görə, qaz kəmərinin uzunluğu 1735 km olacaq. Hər il Türkmənistanın “Qalxınış” yatağından çıxan qazın 33 milyard kubmetri bu xətt üzrə şərqə daşınacaq. Layihənin dəyəri 30 milyard dollardır. ABŞ və Asiya İnkişaf Bankı layihəyə maddi dəstək ayırıb. Kəmərin 2018-ci ilin sonunda hazır olacağı planlaşdırılıb.