18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏRBİ PROKURORLUQDA KOLLEGİYA İCLASI KEÇİRİLDİ
Dekabrın 30-da Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.
"EMTV.az" xəbər verir ki, Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilib, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətlənib.
2015-ci ildə ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.
Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir göstərdiyini deyən hərbi prokuror qeyd edib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində irəliləyişlərə nail olunub. Xanlar Vəliyev digər hüquq mühafizə orqanları ilə birgə 2015-ci ildə də cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində görülən tədbirlər və yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
“2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb. Bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın istintaq zamanı ödənilməsi təmin olunub” – deyə X.Vəliyev bildirib.
Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun hərbi prokurorluq orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi vurğulanıb. İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə olunub. Vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.
İclasda prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümü və peşə bayramı günündə Prezident İlham Əliyevin 2015-ci il 30 sentyabr tarixli Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş hərbi prokurorluq əməkdaşlarına respublika hərbi prokuroru Xanlar Vəliyev tərəfindən dövlət mükafatları təqdim edilib.
Dövlət mükafatlarına layiq görülmüş əməkdaşlar çıxış edərək, bu təltifləri onlara göstərilən yüksək etimad kimi dəyərləndirib və dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Kollegiyada 2016-cı ilin birinci yarım ili üçün iş planı təsdiq edilib, 2015-ci ilin yekunlarına dair keçiriləcək geniş kollegiya iclasına hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.