17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XAÇMAZDA DƏHŞƏTLİ YOL QƏZASI BAŞ VERDİ
Ağdaş və Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
"EMTV.az" DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da saat 18 radələrində Ağdaş şəhərində rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub. Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Dekabrın 29-da saat 22 radələrində Xaçmaz rayonunun Sabiroba kəndində rayon sakini Süleyman Nəcəfovun idarə etdiyi “VAZ-21074” və Rusiya Federasiyası vətəndaşı Yusub Kamilovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə S.Nəcəfovun sərnişinlərindən həmkəndlisi Orxan Muradov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.