SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

YENİ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ TƏSDİQ EDİLDİ

29-12-2015, 16:50 | Oxunub: 9 733 |

YENİ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ TƏSDİQ EDİLDİ
Dekabrın 29-da Milli Məclisin plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsi təsdiq edilib.

"EMTV.az" xəbər verir ki, Qanun layihəsi haqqında məlumat verən deputat Vüsal Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsi hər bir ölkənin hüquq sistemində məsuliyyət müəyyən edən önəmli qanunlardan biridir. Buna görə də Məcəlləyə tez-tez əlavə və dəyişikliklər edilir.
Ölkəmizdə hazırkı İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyunun 11-də qəbul edilib. İndiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib. Bu gün parlamentin müzakirəsinə təqdim edilən İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir. Məzmun, struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 608 maddə və 40 fəsildən ibarətdir. Mövcud Məcəllə ilə müqayisədə yeni sənədə 5 fəsil və 150 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, sənəd normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb. Bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR