17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TƏHSİL NAZİRLİYİNDƏ İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNDU
Dekabrın 29-da Təhsil Nazirliyində 2015-ci ilin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.
"EMTV.az" xəbər verir ki, konfransda Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə təhsilə xüsusi önəm verildiyini diqqətə çatdıran C.Valehov 2015-ci ildə bu sahənin inkişafı üzrə reallaşdırılan proqram və tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Qeyd olunub ki, 2015-2016-cı dərs ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 58 məktəbin 10-cu siniflərində 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb.
Bu il ilk dəfə olaraq respublika fənn olimpiadalarının keçirilməsində yeni qaydalar tətbiq olunub. Belə ki, fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə aparılıb. Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin ali təhsil müəssisələrində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb. 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.