SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

XARİCDƏKİ SƏDRİMİZ DÖYÜLDÜ

29-12-2015, 12:28 | Oxunub: 7 796 |

XARİCDƏKİ SƏDRİMİZ DÖYÜLDÜ
Azərbaycan diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb.

"EMTV.az" xəbər verir ki, aldığı xəsarətlərə görə, 16 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub: şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb. Bildirilir ki, o, diaspor sədrliyi postundan istifadə edərək, bir çox azərbaycanlıların qazanc yerinə “əl qoyub”. Bu yaxınlarda hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.

Araşdırma zamanı məlum olur ki, Azərbaycan diasporunun sədri Mobil Məmmədov dəfələrlə dələduzluq maddəsi ilə mühakimə edilib və iqtisadi cinayətlərdə adı hallanıb. Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb. Məlumat üçün bildirək ki, Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb. Mobil Məmmədovla Nəsimi Ağababayevin ortaq biznesləri də olub. Onlar Azərbaycandan qızıl, mandarin ağacları , şokolad gətizdirərək, Daşkənddə iş birliyi də qurublar.

Mobil Məmmədovun döyülməsi də Azərbaycandan gətirilən bu malların təhvil verilməsi zamanı baş verib. O, mallarını təhvil verdiyi azərbaycanlılarla pul haqq-hesabını düz aparmadığına görə, diasporunun üzvləri və “keçmiş dostları” tərəfindən möhkəm döyülüb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR