SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İRAN ABŞ-dan 1 TRİLYON DOLLAR İSTƏDİ

29-12-2015, 11:16 | Oxunub: 7 997 |

İRAN ABŞ-dan 1 TRİLYON DOLLAR İSTƏDİ
Vaşinqtonun ABŞ banklarındakı 1,7 milyard İran puluna əl qoyması Tehranı hərəkətə gətirib

İran parlamentinin sədri Əli Laricani Amerika Birləşmiş Ştatları Konqresinin Tehranın Amerika banklarındakı 1,7 milyard dollarlıq əmlakını müsadirə etməsini “soyğun” adlandırıb.

"EMTV.az" xəbər verir ki, İran Məclisinin başqanı Əli Laricani amerikalıların diplomatik tədbirlərdə usta olmadığını, bu səbəbdən də “uşaq qərarları” verərək vəziyyətdən qurtulmaq istədiyini deyib:“Tehran ABŞ-ın atdığı addımlara qətiyyətlə cavab verəcək. Son günlərdə ABŞ İrandan ələ keçirdiyi 1,7 milyard dollarlıq dondurulmuş əmlaka uydurma bəhanələrlə əl qoyub. Onlar bu zalım addımları ilə İranın əmlakına tamamilə sahiblənmək istəyirlər. Bu, soyğuna bərabərdir”.

ABŞ Konqresində keçən həftə qəbul edilən qanun layihəsinə görə, 1983-cü ildə Livandakı ABŞ hərbi bazasına, 1996-cı ildə isə Səudiyyə Ərəbistanındakı Hobor qüllələrinə edilən bombalı hücumlarda rəsmi Tehranın rolu olduğunu əsas gətirilərək hücumlardan zərər çəkənlərə təzminat olaraq ödənməsi üçün İranın ABŞ banklarında dondurulmuş vəsaitlərindən 1,7 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Rəsmi Tehran bildirir ki, Vaşinqtonun bu addımı cavabsız qalmayacaq, İran da ABŞ-dan təzminat istəyəcək. Artıq bu haqda qərar layihəsinin lehinə 290 nəfərlik İran parlamentinin 166 nəfəri səs verib.

Qərarda İran parlamenti Həsən Ruhani hökumətindən 1953-cü il avqustun 19-dan bu yana ABŞ-ın İrana vurduğu zərərlərə görə Vaşinqtondan təzminat alınması üçün hüququ yollara baş vurması istənir. Sənəddə baş nazir Nüsəddiqin ABŞ xüsusi xidmət orqanlarının “Ajxka əməliyyatı” adı verilən əməliyyatı ilə devrildiyi iddia olunur. Qərar layihəsindəki maddələrdən birində isə İran və İraq arasında baş verən savaşda ABŞ-ın o zamankı İraq prezidenti Səddam Hüseynə canlı qüvvə, kəşfiyyat məlumatları ilə yardım etdiyi, eyni zamanda siyasi dəstək verdiyi göstərilir, bunun üçün ABŞ-dan 1 trilyon dollar təzminat tələb olunur. Rəsmi Tehran həmin savaşda İranın 223 min vətəndaşının həlak olduğunu, 600 min iranlının isə yaralandığını və şikəst olduğunu deyir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR