SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDI

25-12-2015, 17:58 | Oxunub: 17 982 |

PREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDI
Dekabrın 25-də Dövlət Sərhəd Xidmətində (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.

"EMTV.az" xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, müşavirədə Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin mühafizəsinin əməliyyat yolu ilə gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, dövlət sərhədlərinin mühafizəsi ilə bağlı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın əzmlə gerçəkləşdirilməsi nəticəsində bu gün sərhədlərimizin toxunulmazlığının təminatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sentyabrın 7-də DSX Sahil Mühafizəsinin gəmi inşası zavodunda ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, DSX komandanlığını növbəti ali hərbi rütbələrlə, Xidmət əməkdaşlarını isə orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd olunub ki, 2015-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra nailiyyətlər əldə olunub. Belə ki, mayın 18-20-də “Ağgöl” səhra təlim mərkəzində çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin cəlb edilməsi ilə keçirilən geniş miqyaslı taktiki təlimdə hərbi qulluqçular möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirib. Bundan başqa, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, 4 yeni gəmi dəniz kompaniyasına qəbul olunub. Bu nailiyyətlərə sentyabrın 28-30-da Rusiya Federasiyasının Sərhəd Xidməti ilə Xəzər dənizində birgə sərhəd təlimlərinin keçirilməsini, təlimlər zamanı müxtəlif şəraitlərdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığını, noyabrın 24-26-da “Ağgöl” səhra təlim mərkəzində Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılmasını, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının uğurlu fəaliyyətinin nümayiş etdirilməsini, dekabrın 5-də DSX-nin “Sitalçay” tədris mərkəzində yeni təlim poliqonunun xidməti istifadəyə verilməsini, sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş heyətinin peşəkarlıq səviyyəsinin artırılmasını, dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarından istifadə edilməsini göstərmək olar. Eləcə də DSX Akademiyasının dördüncü buraxılışı olan gənc leytenantların, o cümlədən ilk dəfə dənizçi və aviasiya ixtisaslı zabitlərin Dövlət Bayrağı Meydanında sərhədçi andını qəbul etmələri, Xidmətin Xüsusi Məktəbinə xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunun verilməsi və onun ilk məzunlarının DSX Akademiyasına daxil olmaları, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsinin uğurla davam etdirilərək 74 belə görüşün təşkili və s. tədbirlər xüsusi qeyd olunub.

Diqqətə çatdırılıb ki, cari ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb. Onların 55,1 faizi Azərbaycan, 8,5 faizi Özbəkistan, 7,6 faizi İran, 4,3 faizi Banqladeş, 3,9 faizi Əfqanıstan, 2,6 faizi Gürcüstan, 2,4 faizi Moldova, 2,2 faizi Rusiya, 1,7 faizi Türkiyə, 1,3 faizi Nigeriya, 1,3 faizi Qırğızıstan, 9,1 faizi digər ölkələrin vətəndaşları olub.

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə, 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. Cari ildə 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kiloqram 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min qarmaq yığılıb.

Bildirilib ki, dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilib, 50 xidməti mənzil istifadəyə verilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün Bakıda 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılıb və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilib.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medal və fəxri adların döş nişanları təqdim edilib.

PREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDIPREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDI
PREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDIPREZİDENT DÖVLƏT SƏRHƏD XİDMƏTİNİ MÜKAFATLANDIRDI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR