SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA

25-12-2015, 17:47 | Oxunub: 11 546 |

PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

"EMTV.az" xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir.

Yarımstansiyanın girişində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri silsilə layihələri əks etdirən fotoguşələr yaradılıb. “Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb. Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vacuum” tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Dövlətimizin başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Yeni “Buzovna-2” yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işlərində mühüm rol oynayacaq. Bu yarımstansiyanın inşası Abşeron yarımadasındakı 110 kilovoltluq paylayıcı şəbəkələrin şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsini təşkil edir. Belə ki, yeni yarımstansiyanın hesabına “Şimal”, “Təmiz şəhər”, “Sumqayıt” elektrik stansiyalarının, həmçinin 220 kilovoltluq “Zabrat” və “Sənaye qovşağı” yarımstansiyalarının əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artır. “Buzovna-2” yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan 35 kilovoltluq dairəvi sxemə aid yarımstansiyaları əlaqələndirəcək. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizatı sxeminin, həmçinin elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin formalaşdırılmasına şərait yaradacaq. Şimal bölgəsi ilə əlaqələndirmə planının ilkin mərhələsi çərçivəsində perspektivdə nəzərdə tutulan işlərin yekunlaşması üçün 110/35/10 kilovoltluq “Buzovna-1” və “Buzovna-2” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri çəkiləcək. Ümumilikdə, “Buzovna-2” yarımstansiyası paytaxtın və ölkənin elektrik şəbəkəsinə mühüm töhfədir.

Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.

Dövlətimizin başçısı “Buzovna-2” yarımstansiyasını işə saldı.

Ötən illərin reallıqları göstərdi ki, bütün bu cür silsilə və kompleks xarakter daşıyan layihələrin reallaşdırılmasında Azərbaycan dövləti hərtərəfli dəstəyini əsirgəməyib. Prezident İlham Əliyevin təbirincə desək, “Strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaq”. Ötən dövrün təcrübəsi bu danılmaz həqiqəti birmənalı şəkildə təsdiqlədi. Bu baxımdan paytaxtın, eləcə də ölkəmizin bütün regionlarının etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə nəzərdə tutulan layihələrin də tezliklə uğurla həyata keçiriləcəyini tam əminliklə söyləmək olar.
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDAPREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA
PREZİDENT İLHAM ƏLİYEV XƏZƏR RAYONUNDA AÇILIŞDA

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR