17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DÖVLƏT QULLUĞU İMTAHANI BAŞA ÇATDI
"EMTV.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 6, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində 114 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 1270 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək üçün 4467-si qadın olmaqla, 14862 namizəd qeydə alınıb. Onlardan 5413-ü test imtahanında iştirak edib.
Test imtahanı mərhələsində iştirak edən 9449 namizəddən 29,23 faizi qadın, 78,78 faizi gənc olub. Test imtahanı mərhələsini 861-i qadın olmaqla, 2685 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 626 nəfəri 5-ci, 1629 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 430-u 5-ci təsnifat inzibati vəzifəyə iddia edən, lakin vəzifə üzrə keçid balını toplamayan, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edənlərdir.
İmtahanı qurtaran kimi hər bir namizədə nəticələrini əks etdirən arayış verilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanı mərhələsinin nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır: Əmlak Məsələləri Dövlət Komitəsi – qeydə alınmış 1546 namizəddən 418 nəfəri, Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 2043 namizəddən 331 nəfəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - qeydə alınmış 1326 namizəddən 237 nəfəri, Mədəniyyət və Turizm Nazirliyi - qeydə alınmış 1203 namizəddən 216 nəfəri.
Qeyd edək ki, müsabiqələrin bu günədək keçirilən müsahibə mərhələsində 299 nəfər inzibati dövlət qulluğu vəzifələrinə uyğun bilinib.
Müsabiqələrin müsahibə mərhələsi 36 dövlət orqanı üzrə başa çatıb. Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib.