17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"MƏN SƏNİ ÇOX-ÇOX SEVİRƏM ATA"-Leyla ƏLİYEVA
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə atası, Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Əziz Ata!
Öz adımdan demək istəyirəm: Çox xoşbəxtəm ki, mənim belə atam var.
Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.
Sənin gördüyün işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyin çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Bakının dünyada ən gözəl şəhər olduğunu etiraf edirlər. Sənin ədalətini həm yaxınların, həm də kənar insanlar öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığın hər kəsi heyran qoyur. Və əlbəttə, sənin ölkəni irəli apardığın cəsarət, qorxmazlıq, qətiyyət və gücünə dünyanın istənilən siyasətçisi həsəd apara bilərdi! Mən səni çox-çox sevirəm!
Ad günün mübarək!"